image-qanunla-reklam
image-dsc_0112

Gəncliyə Dəstək İB “Zəfərə aparan vətənpərvərlik” layihəsi çərçivəsində təlim keçirdi-FOTO

image-lady-day-az

Gəncliyə Dəstək İB “Zəfərə aparan vətənpərvərlik” layihəsi çərçivəsində təlim keçirdi.

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfərə aparan vətənpərvərlik” layihəsi çərçivəsində 15 nəfər gəncin iştirakı ilə təlim keçirdi.

Qanunla.Az xəbər verir ki,tədbirdə Zərdab rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Məleykə Hümbətova, Hərbi Hazırlıq müəllimi Rüfət Cəfərov iştirak və çıxış ediblər.

Vətən müharibəsi qazisi Hacı Orucovla söhbət edən gənclər müharibə xatirələri ilə bağlı onları maraqlandıran suallar veriblər.

Qeyd edək ki, təlimin davamı olaraq gənclərin Bakıya səfəri nəzərdə tutulmuşdur.

Tədbir iştirakçılarına papka, dəftər, qələm, köynəklər (logolu), buklet paylanıb. Tədbir iştirakçıları üçün nahar və çay süfrəsi təşkil olunub.Layihə 3 ay olmaqla Zərdab rayonunda həyata keçiriləcək.

Layihənin məqsədi qələbənin təbliği, gənclər arasında vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onlarda qələbə tarixinin unudulmazlığının təmin olunması, gənclərə zəfərə aparan vətənpərvərliyi çatdırmaqdır.

Tədbirin təşkilində iştirak edən bütün aidiyyati təşkilatlara üz təşəkkürümüzü bildiririk.

 “Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-dsc_0093image-dsc_0112image-dsc_0152image-dsc_0056image-dsc_0048


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki