image-qanunla-reklam
image-dsc_7102

“Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” mövzusunda tədbir keçirilib-FOTO

image-lady-day-az

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” adlı layihəsi çərçivəsində ilk Maarifləndirmə görüşünü 27 sentyabr 2020-ci ildə həyata keçirib. Zərdab şəhər 2 saylı tam orta məktəbində keçirilmiş görüşdə33 məktəbli gənc qız iştirak edib.

Qanunla.Az zəbər verir ki,tədbir başlamazdan öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatın sədri Vəfa Xəlilli layihə haqqında məlumat verərkən xüsusən bildirib ki, qadınlar savadlı, dünyagörüşlü olmalı, seçdikləri peşələrdə, olduqları sahələrdə lider mövqelərə can atmalıdır. Qadın cəmiyyətin güzgüsüdür. Çünki o, övlad dünyaya gətirir, böyüdür, tərbiyə edir, bir sözlə, cəmiyyəti formalaşdıran insanı yetişdirir. Odur ki, qadın nə qədər intellektual, peşəkar, özünə inamlı olarsa, onun yetişdirdiyi övlad da bir o qədər cəmiyyət üçün yararlı şəxsiyyət olacaq.

Layihənin məqsədi gənc məktəbli qızları peşə təhsilinə yönləndirmək, onların gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin həllinə, gələcək həyatlarında daha səmərəli və risksiz iş əldə etmələrinə kömək etmək, fərdi əmək və sahibkarlıq fəaliyyətlərinə istiqamətləndirməkdən ibarətdir.

İştirakçılara materiallar (papka, dəftər, qələm, buklet, təqvim) paylanılıb.

Qeyd edək ki, layihə 2 ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçiriləcək.

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-dsc_7107image-dsc_7102image-dsc_7098


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki