image-qanunla-reklam
image-1661410031-1-esas_1649773228

Gələn həftə deputatların tətili başa çatır

image-lady-day-az

Gələn həftə Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatır.

Qanunla.az xəbər verir ki, millət vəkillərinin yay tətili avqustun 30-da bitəcək. Sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Xatırladaq ki, deputatlar iyulun 8-də tətilə çıxmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki