image-qanunla-reklam
image-30313530

Fəzail Ağamalı seçicilərinin daha bir problemini həll etdi – FOTO

image-lady-day-az

Azərbaycan Respublikası Milli Məclisinə 60 saylı Salyan-Neftçala Seçki dairəsindən seçilmiş deputat Fəzail Ağamalı seçicilərinin daha bir problemini həll edib.

 

Kanal4.az saytı xəbər verir ki, Neftçala rayonu, Aşağı Surra kənd sakinləri işıq transformatorunun sıradan çıxması, nəticəsində xoşagəlməz durum yaranması barədə millət vəkilinə məlumat veriblər.

 

Neftçala rayonu, Aşağı Surra kəndinin əkin sahələrinin suya olan tələbatı Kür çayı ilə ödənilir. Sakinlər əkin sahələrinin suya olan tələbatının böyük hissəsini Kür çayından su nasosları vasitəsi ilə təmin edirlər. Bu il nasosları hərəkətə gətirən işıq transformatorlarının sıradan çıxması səbəbindən təxminən min hektarlıq sahə susuz qalıb.

 

Milli Məclisin deputatı Fəzail Ağamalı məsələ ilə bağlı açıqlama verib:

 

“Bu günlərdə Neftçala rayonunun Aşağı Surra kəndində işıq transformatorlarının sıradan çıxması səbəbindən əhalinin əkib-becərdiyi torpaq sahələri susuzluqdan əziyyət çəkirdi. Bununla bağlı deputat seçildiyim Aşağı Surra kəndinin İcra nümayəndəsi Elçin Mehdiyev, Aşağı Surra tam orta məktəbin direktoru Həbulla Rəhimov, kəndin fəalı, şair Elnur Uğur mənə zəng edərək vəziyyətin kifayət qədər kritik olduğunu önə çəkdilər. Bununla bağlı Azərişıq Açıq tipli Səhmdar Cəmiyyətinin sədri hörmətli Vüqar Əhmədovla telefon əlaqəsi saxladım, problem söylədim və onun aradan qaldırılmasını xahiş etdim. Gün ərzində Vüqar Əhmədovun operativ müdaxiləsindən sonra problem öz həllini tapdı. Çox şadam ki, artıq Aşağı Surra kəndində seçicilərimin əkib-becərdiyi sahələr artıq su ilə etibarlı şəkildə təmin olundu. Buna görə Vüqar Əhmədova öz adımdan və seçicilərim adından təşəkkürümü bildirirəm.

 

Dəyərli seçicilərimin diqqətinə bir daha çatdırıram ki, onlara imkanımız daxilində kömək etmək, yardım göstərmək bizim borcumuzdur. Hər zaman olduğu kimi bu gün də, sabah da, gələcəkdə də dəyərli seçicilərimin yanında olacağam”.

Deputatın məsələyə müdaxiləsinə və sıradan çıxmış transformatorların yenilərilə əvəz olunmasına görə rayon sakinlərindən olan Abıyev Elnur Uğur oğlu özünün Facebook sosial şəbəkəsində Millət vəkili Fəzail Ağamalıya  kənd sakinləri adından təşəkkürünü bildirib:

 

“Çox hörmətli, həmişə sakinlərin köməyinə çatan 60 saylı Salyan-Neftçala  dairəsindən seçdiyimiz millət vəkili  Fəzail Ağamalı.

Dəfələrlə yerli icra orqanına müraciət etməyimə baxmayaraq, yaranmış problem həll olunmamış qalırdı. Problemlə əlaqədar Sizə müraciət etdiyimin səhəri günü, problem öz həllini tapdı. Dövlətin Sizin kimi xalqın içində olan və onların problemlərini həll edən, Vətənini, millətini sevən dövlət məmurlarına ehtiyacı var.

 

Neftçala rayonu, Aşağı Surra kənd sakinləri adından Sizə təşəkkür edirəm”.

image-868c0acfc image-8704e5344 image-871141637 image-869fc485d image-872fde066

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki