image-qanunla-reklam
image-1697520858_1899054020_0_134_3072_1862_1920x0_80_0_0_a8d04438c96337974e033bcbe6534533

Fələstin-İsrail münaqişəsi III dünya müharibəsinə səbəb ola bilər

image-lady-day-az

Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsi daha çox ölkəni cəlb edə və üçüncü dünya müharibəsinə və bəşəriyyətin məhvinə səbəb ola bilər.

Qanunla.az xarici KİV-ə istinadən  xəbər verir ki, bu fikri israilli tarixçi, “Sapiens: Bəşəriyyətin qısa tarixi” bestsellerinin müəllifi Yuval Noa Harari deyib.

“Bir qayda olaraq, nizam dağılır və xaosla əvəzlənir. Bu, son beş-on il ərzində baş verir. İndi biz bunu getdikcə daha çox yerdə görürük. İndi İsrail və Fələstində baş verənlər bunun bir hissəsidir. Əgər işləri qaydasına salmasaq, daha da pisləşəcək. Bu, bütün dünyaya yayılacaq. Bu, üçüncü dünya müharibəsinə səbəb ola bilər. İndi mövcud olan silah və texnologiya növü ilə bu, bəşəriyyətin özünün məhvinə səbəb ola bilər”, – deyə Harari bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki