image-qanunla-reklam
image-1697877328-thumbs_b_c_4a239b43d79f6d5a2f8a4c7ae678a4c9

Fələstin-İsrail müharibəsində 22 jurnalist həlak olub

image-lady-day-az

20-dən çox jurnalist Fələstin-İsrail münaqişəsinin qurbanı olub.

“Qanunla.az” xəbər verir ki, bu barədə Jurnalistlərin Müdafiəsi Komitəsi məlumat yayıb.

“Oktyabrın 20-nə olan məlumata görə, hər iki tərəfdən 4000-dən çox ölənlərin siyahısına azı 22 jurnalistin adı əlavə edilib”, – məlumatda deyilir.

Qeyd olunub ki, öldürülən 22 jurnalistdən 18-i fələstinli, üçü israilli, biri isə livanlıdır.

Bundan əlavə, səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb və ya saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki