image-qanunla-reklam
image-1693301141-1661514191_ilham

Ermənistanın şəksiz məğlubiyyəti

image-lady-day-az

Ermənistanın şəksiz məğlubiyyəti.

Müzəffər Ali Baş Komandan və qəhrəman Ordumuz daha bir qələbəyə imza atdı. Əldə olunan nəticə hər bir azərbaycanlının 30 ildir həsrətlə gözlədiyi, intizarında olduğu qələbə idi. Düşmənin “ağ bayraq“ qaldırması, dizin-dizin Yevlaxa danışıqlar masasına gəlməsi yeni və şanlı tarixin səhifəsinə qızıl həfirlərlə yazılır. Bu tarixi günlərə nail olmaq xalq-iqtidar birliyindən, həyata keçirilən məqsədyönlü siyasətdən xəbər verir.

Azərbaycanın irəli sürdüyü təkliflər Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcək. Necə ki, qısa zamanda Füzuli, Şuşa və digər işğaldan azad olunan ərazilərimizdə infrastruktur layihələri bölgənin yeni sima almasına gətirib çıxarıb eləcə də Qarabağımızın digər dilbər guşələri də cənnətə çevriləcək. Azərbaycan bayrağı altında yaşamağa qərar verən ermənilərin reinteqrasiya prosesi üçün mühüm paket artıq hazırdır. Ötən gün xalqa müraciət edən dövlət başçısı bu yöndə bir sıra məqamlara aydınlıq gətirdi. İlk öncə təhlükəsiz yaşayışın təmin olunması, digər tərəfdən həmin şəxslərin sosial təminatı, və ən əsası bölgədə qurulacaq yeni infrastruktur layihələri yeni imkanlara rəvac verir. Bu tarixi şansdır və bu tarixi şansdan səmərəli istifadə qaçılmazdır. Məhz bunu həyata keçirilən antiterror əməliyyatlarından sonra dərk edən qondarma rejimin nümayəndələri çoxdan atmalı olduqları addımı dəmir yumruğun növbəti zərbəsindən sonra atdılar.

Bölgəmizin həssas regionda yerləşir. Burada xarici qüvvələr söz sahibi olmağa daim can atıblar. Artıq regionda erməni havadarlarının istək və arzuları həyata keçmir. Regionda söz sahibi Azərbaycandır. Azərbaycanla heç kim diqtə ilə danışa bilməz. Fransa, və digər erməni havadarları TIR şouları, seçki kompaniyaları təşkil etməklə nəyəsə nail olacaqlarını düşünürdülər ancaq yanıldılar. Onların belə avanturist siyasəti isə Ermənistanda siyasi vəziyyətin gərginləşməsinə səbəb oldu. Artıq düşmən ölkədə etiraz aksiyaları keçirilməyə başlayıb. Ölkədə hərbi məğlubiyyətlə yanaşı siyasi arenada davamlı məğlubiyyət Paşinyan rejimi qarşısında çətin suallar qoyub.

Sonda isə onu qeyd edim  ki, president cənab İlham Əliyevin Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatdakı səmərəli əməkdaşlıq qurulması təklifləri regionda sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düsturdur.

Gəlmə kənd tam orta məktəbin direktoru – Rasif Qaçayev

 

 

 Azərbaycan hər zaman məsuliyyətli mövqe sərgiləyib.

Sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən zəruri olan tədbir – Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Təəssüflər olsun ki, İkinci Qarabağ savaşının Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından 3 il keçməsinə baxmayaraq Ermənistan hələ də 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınır. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Son bir neçə ayda həmin silahlı birləşmələr tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin yeni hərbi-mühəndis qurğularının yaradılması ilə möhkəmləndirilməsi, şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi gərginliyin artmasına səbəb olub. Bu birləşmələrin təxribat dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bununla həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilərə səbəb olurlar. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub, ya da ağır yaralanıb. Bütün bunlar əlbəttə ki, tamamilə yolverilməz bir haldır. Azərbaycan dövləti bu kimi halların qarşısını almaq iqtidarındadır və bunu etmək ölkəmizin legitim hüququdur.Sentyabrın 19-da Azərbaycan lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Qarşıda duran bütün vəzifələr lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq,  hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi, hərbi texnikası məhv edildi və sıradan çıxarıldı. Vətən müharibəsinin gedişində olduğu kimi, bu dəfə də ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Ağ bayraq qaldıraraq təslim olduqlarını bildirən qanunsuz erməni silahlı birləşmələrinin sentyabrın 20-dən etbarən mövqelərdən çıxarılma və silahların təhvil verilmə prosesi başlandı. Artıq ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələrini nəzarətə almağa başlayıblar. Bu gün bölgədə yeni vəziyyətin yaranması labüddür. Bu ərazilərdə yaşayan ermənilər də separatçı rejimin əsarətndən qurtulmuş oldu. Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur. Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”. Eyni zamanda Prezident cənab İlham Əliyev bildirib ki, “onların bütün hüquqları təmin ediləcək – təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür”.

Ölkə başçısı qeyd etdi ki, cəmi iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilib, elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur, indi də bu işlər sürətlə davam edir. Özü də bu işlər heç bir kənar yardım olmadan, yalnız ölkəmizin vəsaiti hesabına görülür. Gələcəkdə isə bu şərait  Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və digər kəndlərdə yaradılacaqdır. Bununla da, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb.

Müraciətinin sonunda Prezident cənab İlham Əliyev bəyan etdi: “Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın!

Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Əlibəyli kənd tam orta məktəbin direktoru – Kəmalə Əliyeva

 

 

Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub.

Azərbaycan üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirdiyi lokal xarakterli antiterror tədbirləri cəmi 24 saat ərzində başa çatdı. Təbii ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağdakı bədnam xunta rejimi Azərbaycanın tələblərini yerinə yetirməyə hazır olduğunu bildirdi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də günorta saatlarında lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Əldə edilən razılaşmaya görə, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğur əldə edildi, strateji hədəflərə tam nail olundu. Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini bildirib: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.Ən əsası odur ki, Silahlı Qüvvələrimiz yaşayış məntəqələrinə daxil olmadı. Yalnız kommunikasiyalar və yüksəkliklər nəzarətə götürüldü. Yalnız hərbi hədəflər vuruldu. Həmçinin lokal antiterror tədbirləri zamanı mülki obyektlər, mülki əhali hədəf olmadı.Əməliyyat başlamazdan əvvəl ölkəmizin başçısı tərəfindən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilib ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməsin və mülki əhali qorunsun. Yüksək dəqiqliyə malik silahlardan istifadə edən hərbiçilərimiz bu tapşırığı yüksək peşəkarlıqla yerinə yetirdi.

Dövlətimizin başçısı bildirib ki, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər: “Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”. Bəli, cox nadir nümunədir ki, bu miqyasda tədbirlər zamanı mülki əhali demək olar ki, zərər görmədi. Hətta BMT əməliyyatlarında belə mülki əhali arasında itki olur. Azərbaycan bir daha bütün dünayaya nümunə göstərdi.

Əlvənd kənd tam orta məktəbin direktoru – Elvin Xəlilov

 

 

Əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir.

Azərbaycan 30 ilə yaxın bir müddətdə siyasi iradə nümayiş etdirərək məsələlərin dinc yolla həlinə çalışırdı. Lakin erməni separatçıları göstərdilər ki, onlar sülh dilini yox, sopa dilini anlayırlar. Müxtəlif sərt bəyanatlar səsləndirən Qarabağdakı qondarma rejim Azərbaycan Ordusunun gücü qarşısında heç bir gün də dayana bilmədi. Cəmi 23 saat çəkən lokal antiterror əməliyyatlarına tab gətirməyən ermənilər ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan öz ərazisində “boz zona”nın yaradılmasına imkan vermədi. Bütün dünyaya növbəti dəfə öz hərbi və siyasi gücünü göstərdi! Danışıqlar Brüsseldə, Moskvada və digər xarici şəhərlərdə yox, Azərbaycan ərazisində – Yevlaxda baş tutdu. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər, Azərbaycan qanunlarına tabe olanlar Azərbaycan vətəndaşı kimi Xankəndidə və digər ərazilərimizdə yaşaya biləcəklər. Qondarma rejim və onun nümayəndələri, Qarabağdakı Ermənistan ordusunun tör-töküntüsü ərazilərimizi tərk edəcəklər. Azərbaycan növbəti dəfə göstərdi ki, şərtləri diktə edən tərəf kimdir, reallıqları formalaşdıran kimdir. Bundan sonrakı mərhələdə isə bölgədə quruculuq və reinteqrasiya prosesinə start veriləcək. Azərbaycan vətəndaşları Azərbaycan Bayrağı altında təhlükəsiz formada yaşayacaq.

Sentyabrın 20-də Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi kimi: “Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Çallı kənd tam orta məktəbin direktoru – Babək Mikayılov

 

 

Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb.

Cənubi Qafqazda yeni siyasi düzən formalaşır. Bu düzənin formalaşması Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır. Uzun müddətdir beynəlxalq təşkilatların gözünə kül üfürən ermənilər artıq yeni reallıqlarla barışmağa məcbur olublar. Bunu həyata keçirilən antiterror tədbirləri də bir daha sübut etdi. Ağ bayraq qaldıran qondarma rejim Bakının şərtlərini qəbul etdi. Yevlaxda görüşə razılıq verilməsi də yeni tarixin başlanğıcıdır. Əslində Azərbaycan tərəfi dəfələrlə bölgədə sülhün, əmin-amanlığın bərqərar olması yönündə təkliflərlə çıxış etsə də düşmən yenə ictimaiyyəti çaşdırmaq, öz mənfur siyasətini davam etdirmək istəyirdi. İkinci Qarabağ müharibəsindən keçən müddət ərzində buna nail olan ermənilər düşünürdülər ki, vəziyyət belə də davam edəcək. Ancaq reallıqlar və öhdəliklər zamanın dolduğunu göstərdi. Xoşluqla addım atmaq istəməyən qondarma rejimin nümayəndələrinin TIR şouları heç bir nəticə vermədi. Mina terroru ilə pərdələnən daşnaqlar Moskva razılaşmasından sonra götürdükləri öhdəliklərə əməl etməməklə 300-dən çox mina qurbanının baiskarı oldular. Təbii ki, baş verən hadisələrlə bağlı hüquqi çərçivədə addımlar atılır və yaxın zamanda biz bunların müsbət nəticəsinin şahidi olacağıq.

30 illik işğal dövründə məsələnin sülh danışıqları əsasında nizamlanmasında maraqlı olan Azərbaycan bütün beynəlxalq təşkilatların malik olduğu potensialdan səmərəli istifadə etməyə, ədalətin, beynəlxalq hüququn tətbiqi şəraitində ərazi bütövlüyümüzün təmin olunmasına səy göstərdi. Ən yüksək tribunalardan bəyan edildi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ən əsası Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz.

Azərbaycanın Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciəti zamanı bir sıra məqamlara aydınlıq gətirdi. Ən əsası bölgəyə uzanan əllərin çəkilməsinə toxunan dövlətimizin başçısı erməni havadarlarına yerini göstərdi. Eyni zamanda, Qarabağda yaşayan vətəndaşlar üçün yeni tarixi şansın formalaşdığını bəyan etdi. Belə bir həssas məqamda Azərbaycan xalqının Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən tədbirlərə tam dəstək verməsi, siyasi partiyaların, ictimai təşkilatların verdikləri bəyanatlar həyata keçirilən antiterror tədbirlərinə tam dəstəyi ifadə etdi.

Salahlı kənd ümumi orta məktəbin direktoru – Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki