image-qanunla-reklam
image-1697275047_643e4bf505615643e4bf5056161681804277643e4bf505612643e4bf505613

Ermənistanda Roma statutu qüvvəyə mindi

image-lady-day-az

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun ratifikasiyası haqqında qanunu imzalayıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının saytında məlumat verilib.

Xatırladaq ki, 2023-cü il martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Roma statutunun ölkənin əsas qanunlarına uyğun olduğunu tanıyıb. Rəsmi İrəvanın Roma Statutuna qoşulmaq planlarına Moskva son dərəcə mənfi reaksiya vermişdi. Buna səbəb Roma statutununu qəbul edən ölkələr üzərlərinə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını icra etmək öhdəliyi götürür.

Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində saxlanılma qərarı çıxarıb.

Belə olan təqdirdə Vladimir Putin Ermənistana səfər edəcəyi anda həbs olunaraq Haaqa tribunalına təhvil verilməlidir.

Ermənistan rəsmiləri isə əmin edirlər ki, ratifikasiya Rusiya Federasiyasına qarşı yönəlməyib və İrəvan yaranmış vəziyyətlə bağlı Moskvaya bir sıra təkliflər göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki