image-qanunla-reklam
image-1696395136_image_750x_651c794b51103

Ermənistanda Milli Komitə buraxılacaq

image-lady-day-az

“Son mübarizəni koordinasiya etmək üçün yaradılmış Milli Komitədə ciddi fikir ayrılıqları var. Mübarizənin fasilə verməsinin və sönməsinin səbəbi də budur. Milli Komitənin bəzi üzvlərinin mübarizənin taktikası və strategiyası ilə bağlı bir-biri ilə dərin fikir ayrılığı var”. 

“Qanunla.az” xəbər verir  ki,  bu  barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

KİV bildirir ki, yaxın bir neçə gün ərzində Milli Komitə buraxılacaq:

“Deputat Vazgen Manukyan hazırkı komitənin əksər üzvlərindən ibarət olmayan yeni Milli Komitə yaratmağı planlaşdırır. Əsasən partiyasız, siyasi olmayan şəxslər daxil ediləcək, Vazgen Manukyan onlarla mübarizənin uğurlu olacağına inanır”.

Xatırladaq ki, hazırkı Komitənin üzvləri Manukyandan başqa İşxan Saqatelyan, Andranik Tevanyan, Avetik Çalabyan və Hayk Mamicanyandır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki