image-qanunla-reklam
image-baki-2-_50qcenat

Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur

image-lady-day-az

Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur

Dünyada Azərbaycan türkləri kimi çətin ikinci bir xalq tapıla bilər ki, öz tarixi ata-baba yurdlarından deportasiya edilələr, özü də torpağında yaşamaq üçün yer verdiyi soysuz, yurdsuz bir toplum tərəfindən. O toplum tərəfindən ki, XX yüzilliyin əvvəllərinə qədər Qafqazda onun heç bir dövləti olmayıb. Söhbət torpaqlarımıza sahiblənən ermənilərdən və onların xalqımıza yaşatdığı faciələrdən, silsilə deportasiya aktlarından gedir. Azərbaycanlıların tarixi torpaqları olan Qərbi Azərbaycandan ermənilər tərəfindən deportasiya edilməsində heç şübhəsiz ki, onları Azərbaycan torpaqlarında məskunlaşdıran, bunun üçün bütün vasitələrə əl atan Çar Rusiyasının və digər iri dövlətlərin rolu danılmazdır. Azərbaycan torpaqlarında erməni dövləti qurulmasına rəvac verən, dəstək göstərən dövlətlər bununla Azərbaycan xalqına qarşı böyük tarixi ədalətsizlik ediblər. Nəticədə azərbaycanlılar öz ata-baba yurdlarından deportasiya ediliblər. Xalqımızın tarixinin faciəli səhifələrindən olan deportasiya aktını törədən ermənilər tarix qarşısında cavab vermək əvəzinə, torpaqlarımıza qarşı sonu bilinməz iddialar meydana qoymaqdadırlar.

Biz dünya miqyasında qaçqınların sayında təəssüf doğuran artımı ürək ağrısı ilə müşahidə edirik. Qaçqın və məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi öz yurdlarından silahlı münaqişələrin yan təsiri kimi didərgin düşmüşdür. Lakin bəzi hallarda məkrli aktorların silahlı münaqişələri məhz etnik təmizləmə məqsədi ilə başlatdığı qeyd edilməlidir. Belə nümunələrdən biri də Ermənistanın Azərbaycana qarşı başlatdığı münaqişədir.

Ermənistanın hərəkətləri Ermənistandakı azərbaycanlıların öz ata-baba yurdlarından etnik təmizlənməsi ilə nəticələnmişdir. Cəzasızlıqdan istifadə edən Ermənistan daha sonra Azərbaycana qarşı güc tətbiq edərək bu ölkənin ərazilərini işğal etmiş və oranın azərbaycanlı sakinləri qovmuşdu.

Ermənistanda vaxtilə əhəmiyyətli saya malik olan azərbaycanlıların oradan qovulması dövlət orqanlarının zorakılıq tətbiq etmək, kütləvi qırğınlar törətmək, insanlığa qarşı digər cinayətlər və insan hüquqlarının pozulması kimi sistemli səyləri ilə xarakterizə olunan uzun və ağrılı proses olub. Bu zorakı proses tarix boyu təkrarlanmaqla, xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə amansız olmuşdur. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli şəkildə dağıtmışdır. Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi təsir göstərmişdir. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və ictimai əlaqələrimiz pozulub. Ermənistanın evlərimizə, qəbiristanlıqlarımıza, müqəddəs yerlərimizə getməyimizə hələ də mane olmağa davam etməsi məyusedicidir. Bu hüququn rədd edilməsi təkcə bizim əsas hüquqlarımızı pozmur, həm də dədə-baba torpaqlarımıza duyduğumuz dərin ağrı və həsrəti artırır. Ermənistanın azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik məkan yaratmaq siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə tamamilə ziddiyyət təşkil edir. Əsas hüquqların bu cür pozulması bizim məşəqqətlərimizi davam etdirir və davamlı sülh və barışıq perspektivlərinə mane olur.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasına diqqət çəkən mütəxəssislər bildirirlər ki, bu akt əsasən 1948-1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilib. Tarixçilər deyirlər ki, əgər Krım tatarlarını, çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi. Digər repressiyaya məruz qalan xalqlar yaşadıqları bütün torpaqlardan deportasiya olunmuşdularsa, azərbaycanlılar yalnız Ermənistandan köçürüldülər ki, məqsəd Ermənistanın “təmizlənməsi” idi. Ermənistanda bütün toponimlərin də təmizlənməsi qərara alınmışdı. SSRİ Nazirlər Sovetinin çoxlu saylda qərarı ilə 2 mindən çox ad dəyişdirildi. Lakin Ermənistanın tam təmizlənməsinə Sovet dövrü bəs etmədi. Ermənistanın məsul işçilərindən biri olan Manuk Vardanyanın sözlərinə görə, ölkədəki bütün türk mənşəli sözlərin dəyişdirilməsi Sovet dövründən sonra da davam etdirilib. Erməni şovinistlərinin bunda məqsədi öz halal torpaqlarımızdan bizim izlərimizi silmək olub. Bundan əlavə, erməni şovinistləri burada həm də azərbaycanlı, erməni və kürd əhalisinin sayının dəyişdirilməsi məqsədini də güdüblər.

 

Ağayev Telman

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki