image-qanunla-reklam
image-img-20221007-wa0027

“Erməni günahkardır, amma onu günaha batıran Rusiyadır” – Anar Əsədli

image-lady-day-az

“Qafqazda qanlı münaqişəyə, terrora, soyqırımına, separatçılığa “yox” –  deyib, sülh, sabitlik, əmin-amanlıq istəyiriksə, hər üç Qafqaz dövlətinin Rusiyaya münasibəti açıq konteksdə vahid platformada əksini tapmalıdır”.

Azərbaycan Prezidenti İlham Əliyev Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılması vacibdir.

Artıq iki ilə yaxındır bölgədə davamlı sülhə, inkişafa nail olmaq üçün Rusiyasız Qafqaz evinin qurulması ideyası ilə çıxış edən Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli Qanunla.az-a açıqlamasında bildirib ki,  qarşımızda Qafqaz ölkələri ilə normal qonşuluq və əməkdaşlıq edən, qarşılıqlı iqtisadi faydalılığa söykənən Rusiya görmək istəyiriksə, bu platformanı ciddi dəstəkləməli və cəmiyyət olaraq buna hazırlaşmalıyıq:

“Biz dövlətin sabahına strateji yanaşma sərgiləməyi siyasi partiyanın ən vacib işi hesab edirik, təbii ki, siyasi hakimiyyətin də məsələyə bu istiqamətdə yanaşması sevindiricidir. Bir siyasi partiya üçün ən önəmli məqam, idarəetməyə təsir imkanları formalaşdırmaqdır. Əsas olan odur ki, biz son dərəcə vacib hesab etdiyimiz strateji məsələləri Azərbaycan siyasi hakimiyyətinin xarici və daxili gündəliyinə sala bilirik.
Baxın, biz nə deyirdik: “Rusiyasız Qafqazın gələcəyini qurmalıyıq və buna hazır olmalıyıq. Qafqazın gələcək hüzuru və stabilliyi naminə. Rusiyasız, qansız, mehriban yaşayan “Qafqaz evi”.

Bu, absurd bir ideya deyil, Qafqazın gələcək hüzuru və stabilliyi naminə reallıqdır, məcburiyyətdir.
Amma burada çox önəmli bir məqam var.
Qafqazda qanlı münaqişəyə, terrora, soyqırımına, separatçılığa “yox” –  deyib, sülh, sabitlik, əmin-amanlıq istəyiriksə, hər üç Qafqaz dövlətinin Rusiyaya münasibəti açıq konteksdə vahid platformada əksini tapmalıdır.
“Çünki bu qanlı münaqişənin ideya müəllifi də, yaradıcısı da, idarəedicisi də Rusiyadır. Erməni tək günahkar deyil, Rusiyanın adını çəkməyib demək ki, bütün günah ermənilərdədir bu yanlış yanaşma olar. Bəli, erməni günahkardır, amma onu günaha batıran da Rusiyadır. Əlinə silahı verib, “türk düşməndir”, – deyən də Rusiyadır. Azərbaycanı ikiyə bölən də, cümhuriyyətimizi  yıxan da, 1937-ci ildə aydınlarımızı öldürən də, 20 yanvar, Xocalı soyqırımlarını törədən də rus imperiyasının şovinist-imperialist zehniyyətidir.
Bütün bunlara rəğmən hələ də bu bölgələrdə Rusiya təəssübü çəkən, Rusiyaya xidmət göstərənlər varsa, demək ki, Kreml hələ də öz xislətindən əl çəkməyib.  Məsələn, Azərbaycan mediasında xüsusi tapşırıqlar var ki, müsahibə və açıqlamalarda Rusiyanın adı keçən mətnlər çıxarılsın, yayımlanmasın. Baxmayaraq ki, əksini edən qəzetçilərimiz də az deyil. Milli şüura sahib media mənsublarımız sağ olsunlar. Qısacası, bu platformaya ehtiyac böyükdür, amma sadəcə iqtisadi deyil, eyni zamanda siyasi, ideoloji baxımdan da əhəmiyyətlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki