image-qanunla-reklam
image-222954170_495516534886992_6335896236361011855_n

Əməkdar məşqçi Ceyhun Rüstəmovun doğum günüdür

image-lady-day-az

Tanınmış idman ustası,Əməkdar məşqçi Ceyhun Rüstəmovun doğum günüdür.

Qanunla.Az xəbər verir ki, Ceyhun Rasim oğlu Rüstəmov 1975-ci il iyul ayının 27-də Zərdab şəhərində anadan olub. Orta təhsilini Ş.Qurbanov adına 2 saylı tam orta məktəbdə alıb. İdmana olan marağı hələ yeniyetməlik illərindən başlayıb. Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəlində Zərdab rayon “Məhsul” Uşaq gənclər idman Məktəbində idmanın əlbəyaxa döyüş və kikboksinq növü ilə məşğul olmağa başlayıb. Sonradan məşqlərini Bakıda Təhsil İdman Mərkəzində peşəkar məşqçi müəllimlərlə davam etdirib. Respublika əhəmiyyətli bir çox yarışlarda müvəffəqiyyətlə iştirak edib. 1999-2000-ci illərdə Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu dövrdə xüsusi dövlət əhəmiyyətli tapşırıqların icrasında iştirak edib. 2001-2004-cü illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunda boks və kikboksinq üzrə məşqçimüəllim kimi fəaliyyət göstərib. 2004-cü ilin dekabr ayından etibarən Azərbaycan milli yığma komandasında böyük məşqçi köməkçisi kimi işləyib. 2008-ci ildən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “Zenit” İdman Cəmiyyətinin və eyni zamanda 2018-ci ildən bu günə kimi Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq İdarəsində gömrük əməkdaşlarının fiziki hazırlığı üzrə aparıcı məşqçi kimi fəaliyyət göstərir. Məşqçi müəllim kimi çalışdığı 20 ilə yaxın vaxt ərzində şəxsi yetirmələri və təmsil olunduğu komanda məşqçi heyəti ilə bir dəfə Avropa birinciliyinin qalibi, üç dəfə  Avropa birinciliyinin mükafatçısı, bir dəfə  Dünya kubokunun mükafatçısı və dəfələrlə Azərbaycan birincilik və çempionatlarının qalib və mükafaçılarını yetişdirib. 2013-cü ildən Azərbaycan Respublikasının Əməkdar məşqçisidir. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının birinci star dərəcəli məşqçisidir. Avropanın və Dünya böyük boks ölkələrində Beynəlxalq treninqlərdə iştirak edib. Ölkəmizin ictimai həyatında yaxından iştirakına görə dəfələrlə dövlət qurumları tərəfindən Fəxri diplomlarla təltif edilib.

Qanunla.Az saytının baş redaktoru Xəyyam Məmmədov və saytın kollektivinin adından Ceyhun müəllimə can sağlığı,fəaliyyətində uğurlar arzulayırıq!

Açıklama yok.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki