image-qanunla-reklam
image-296564706_782973502834478_3933856924855670351_n

Elimizin oğlu…

image-lady-day-az

Bu gün 23 illik ömrünü qəlblərə yazdıran, 44 günlük Vətən müharibəsində vuruşaraq şəhid olan Zərdabımızın qəhrəmsn oğlu Anar Məmmədzadənin doğum günüdür. Vətən üçün canlarını qurban verən igidlərimizin hər biri, hər zaman hörmətlə anılır, yad edilirlər. Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim. – deyən, qəhrəmancasına vuruşub, şəhidlik zirvəsinə ucalan vətən oğullarının yeri bizim qəlbimizdədir! Şəhidlərimizi yaşatmaq, gələcək nəsillərə tanıtmaq bizim əsas missiyamızdı! Zərdab rayon Mərkəzi Kitabaxana Sistemində mütamadi olaraq şəhidlərimizin xatirəsi ehtiramla anılır,sərgilər açılır, tədbirlər təşkil olunur. Bu gün də Zərdab rayon Mərkəzi Kitabxanın əməkdaşları elimizin qəhrəman oğıu, vətənsevər şəhidimizin məzarını ziyarət edib, ruhuna dualar oxudular. Anar tək ailəsinin deyil, hər evin oğludu! Elimizin igid oğlu hər zaman fəxrlə anılacaq. Şəhid analarının qarşısında baş əyirik. Dərdləri dərdimizdi.. Başları hər zaman ucadı. Qəhrəman oğullar tərbiyə edib, böyütdükləri üçün. Tarixə şərəfli bir ad yazdlran qəhrəman oğlumuza Allahdan rəhmət diləyirik! İnanırıq ki, gələcək nəsillər şəhidlərimizi heç vaxt unutmayacaq və unutdurmayacaq.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

image-296480023_770332570834064_5676843053649138551_nimage-296564706_782973502834478_3933856924855670351_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki