image-qanunla-reklam
image-1666591726_59746437_w0b3vuamhlillosq_xo9drgoccovt47kx-6f9oyvwt0

Ələtdə antisanitariya – MKTB tətildən qayıtmayıb? // FOTO

image-lady-day-az

Qanunla.az: – Müdriklərimiz “Təmizlik imandan gəlir” deyirlər. Onuda deyiblər ki,” it itliyi ilə yatdığı yeri quyruğu ilə təmizləyib, yatır” .
Lətifəsi insanlardan uzaq, biz bu ifadeyle kimisə təhqir etmeye çalışmırıq, kim canını, evini təmiz saxlayırsa, bu onun öz adıdır. Ancaq, bir ərazinin təmizliyi isə birinci növbədə həmin əraziyə nəzarət edən Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) və aidiyyatı üzrə icra hakimiyyətinin adıdır.

Cox təəssüflər olsun ki, son zamanlar vəzifəyə özünə sərvət toplamaq üçün gələnlər işlərinin əsil mahiyyətini, vəzifə borclarını unutduqları üçün bir çox ərazilərdə üfunət qoxuyan çirkab mənzərələr yaranır.

“DogruXeber.az” bildirir ki, bu cür ərazilərdən biri də Ələt qəsəbəsidir. Ələt qəsəbəsinin bu vəziyyəti haqqında əvvəllər də bir neçə dəfə sosial medialarda tənqidi materiallar yayımlanıb, görünən nəticə isə budur ki, hələ də bura o qədər də diqqət edilmir. Ən coxda market və mağazalar ətrafında bu cür hallara rast gəlinir.
Elə bu gün də mövcud olan ərazidəki anti-sanitar vəziyyət yaxın ərazidə yaşıyan insanların sağlamlığını təhlükə altına alır. Dünyanın müxtəlif xəstəliklərlə və infeksiyalarla mübarizə apardığı bir dövrdə günü-gündən inkişaf edən müasir Azərbaycanımızda rast gəlinən bu vəziyyət ölkədə aparılan abadlıq və quruculuq işlərini kölgə altına alır, 21ci əsrdə əhalinin sıx yaşadığı Ələt qəsəbəsində görünən mənzərəyə baxın! Səhər saat 6da sahibi olub-olmaması barədə məlumat olmayan atlar bu zibilləri ətrafa səpərək, mövcud durumun daha da bərbad hal almasına səbəb olur. Təbii ki, bunun əsl səbəbkarı aidiyyatı üzrə Mənzil Kommunal Təsərrüfat Birliyidir. Çünki, əgər aidiyyatı idarə vaxtlı vaxtında ətrafa atılmış tullantıları ərazidən daşıyıb uzaqlaşdırsa, ortaya bu görüntülər çıxmaz.

Ələtdə antisanitariya - MKTB tətildən qayıtmayıb? // FOTO

Ələtdə antisanitariya - MKTB tətildən qayıtmayıb? // FOTO

Yuxarıda da qeyd etdiyimiz kimi, deyilənə görə əvvəllər də Səngəçal və Qobustan tullantıları gətirilib, bura atılırdı. Yerli sakinlərin bu durumdan şikayətçi olduqları barəsində dəfələrlə sosial mediyalarda bir neçə müxtəlif məlumatlar yayımlanıb, amma görünüşə görə bu şikayətlərin heç bir faydası olmayıb.

Bəs nə vaxta qədər bu hadisələr davam edəcək ?
Nə vaxta qədər insanlar bu çirkabın içində yaşayacaqlar?

Təbii ki, bu suallara cavab verməli qurum aidiyyatı üzrə MKTB-dir ki, ondan da cavab alana qədər mövzuya təkrar qayıdacayıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki