image-qanunla-reklam
image-1695026919_630_360_1693768272-365

“Əks-hücum asan deyil” – Zelenski

image-lady-day-az

“Ukraynalı müdafiəçilərin əks-hücumları asan deyil, lakin onlar hər gün irəliləyir və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərini azad edirlər”. 

“Qanunla.az” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Amerikanın “CBS News” telekanalına müsahibəsində deyib.

“Çətin vəziyyət. Mən sizinlə tam səmimi olacağam. Bizim təşəbbüsümüz var. Rusların hücumunu dayandırdıq və əks hücuma keçdik”, – deyə prezident bildirib.

Onun sözlərinə görə, Ukrayna mümkün qədər öz ərazisini azad edib irəli getməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki