image-qanunla-reklam
image-1674798486-63d364d8d28de63d364d8d28df167479829663d364d8d28dc63d364d8d28dd

Əhmədlidə 8 ədəd qumbara tapıldı – VİDEO

image-lady-day-az

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən “Qanunla.az”a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 3 ədəd F-1, 2 ədəd RQ-5, 2 ədəd RQ-42, 1 ədəd BRM-75 əl qumbarası və 2 ədəd UZRQM olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki