image-qanunla-reklam
image-1613831981_1613830090_1613825128_bayraq_baki

Əbədi qürur mənbəyi

image-lady-day-az

Əbədi qürur mənbəyi.

Azərbaycanın Tarixinə qızıl hərflərlə yazılan  8 noyabr- Zəfər Günü kimi əbədi yazıldı. İşğalçı Ermənistan tarix boyunca “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları tələb etməkdən  çəkinmirdilər. 44 günlük vətən müharibəsində Azərbaycan əbədi şanlı Zəfər qazandı. Azərbaycanın şanlı ordusu sayəsində ərazi bütövlüyümüz təmin olundu.  Bununlada işğal altında olan əzəli torpaqlarımız geri qaytarılmaqla tarixi ədalət tam bərpa olundu. Azərbaycanın Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbəyə mərhələlərdən keçərək yaxınlaşdı. İgid əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıqları sayəsində  Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin geri qaytarılması uğrunda gedən döyüşlərdə səy göstərdilər. Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz təhvil verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Azərbaycana rəhbərlik etdiyi dövrdə müharibənin əsas ağırlığı cəsur hərbçilərin üzərinə düşmüşdü və əsgərlərimiz öz missiyalarını şərəflə yerinə yetirdilər. Azərbaycan xalqının əldə etdiyi Qələbənin siyasi, hüquqi, tarixi, iqtisadi əhəmiyyəti misilsizdir. Ali Baş Komandan cənab İlham Əliyevin və  Azərbaycanın Milli Ordusunun Vətən torpağı uğrunda canından keçmiş şəhid və qazilərimizin fədakarlığı sayəsində bu qələbəni əldə etdik və bununla qürur duyuruq. B qələbə dünyaya bir daha sübut etdi ki, Azərbaycan çox güclü dövlətdir. Cənab prezidentimizin uzaqgörən siyasəti nəticəsində Azərbaycan gələcəkdə böyük zəfərlərə imza atacaqdır.

 

Südabə Vəliyeva

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki