image-qanunla-reklam
image-1672212623_321493026_1189776771972854_6827656781349661780_n

DKG sədrinin iki müavini vəzifəsindən azad edildi

image-lady-day-az

Əsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Qanunla.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

İ.Babayev isə 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki