image-qanunla-reklam
image-1659418846-1-esas_1652454129

Deputatların maaşı nə qədər artıb? – RƏQƏMLƏR

image-lady-day-az

Bu gün bəzi saytlarda, sosial şəbəkədə “deputatların maaşı 61% artıb” başlıqlı doğru olmayan yazılar yayılıb. Yazılarda deputatların aylıq maaşının (qazancının) yanlış olaraq artaraq 4052 manatdan 6537 manata çatdığı iddia olunur.

“Qanunla.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sosial şəbəkə hesabında yazıb.

Komitə sədri bildirib ki, deputatın artıma qədər ümumi (vergi və digər yığımlar ödənmədən)aylıq vəzifə maaşı 1733 manat idi, artımdan sonra isə 2491 manat olub:

“Deputatın əvvəl aldığı vəzifə maaşının 1 misli qədər əlavə, 50%-i qədər vergidən azad pul təminatı, illik 2 misli qədər müavinət və illik 2 misli qədər məzuniyyət pulları ləğv olundu. Əvəzində deputata aylıq vəzifə maaşının 2 misli qədər maaşa əlavə ödənəcək. Deputatın gəlirlərində vergi azadolmaları da ləğv olundu və beləliklə deputatın bütün gəliri gəlir vergisinə cəlb olunacaq (ayda orta hesabla 1593 manat vergi). Bundan əlavə sosial sığorta, icbari tibbi sığorta, həmkarlar təşkilatlarına yığımlar da bütün gəlirdən hesablanacaq (ayda orta hesabla 523 manat).

Beləliklə, qanuna edilən müvafiq dəyişiklikdən sonra deputatın aylıq xalis maaşı (bütün vergilər və yığımlar çıxıldıqdan sonra) 1968 manat (əvvəl 1369 manat idi), aylıq əlavələr üzərinə gəldikdə isə xalis gəliri 5357 manat (əvvəl 4017 manat idi) olacaqdır. Bu isə əvvəlki rəqəmdən 33% çox deməkdir. Yəni, ümumi artım 33% təşkil edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki