image-qanunla-reklam
image-1646324950-natiq-ceferli

“Deputatların maaşı 10 min manat da ola bilər” – Ekspert

image-lady-day-az

“Nazirlərin maaşı lap 12 min manat da ola bilər, olmalıdır da. Tək şərt onlar təyin edilmiş deyil, proporsional qaydada seçilmiş parlamentdən çıxsınlar və onları seçənlərin qarşısında hesabatlı olsunlar”.

“Qanunla.az” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ölkədə deputatların maaşı lap 10 min manat da ola bilər:

“Yeganə şərt odur ki, seçilmiş olsunlar. Azərbaycanda məhkəmə hakimlərinin maaşı lap 15 min manat da ola bilər, olmalıdır da. Yetər ki, qanunlarla, ədalətlə, müstəqil qərar versinlər. Və nəhayət, ölkədə maaşlar, təqaüdlər, sosial müavinətlar də kəskin artırılmalıdır. Amma paralel olaraq azad, rəqabətli iqtisadi mühit, aşağı vergilər, rüsumlar, ədalətli məhkəmə sistemi də olmalıdır ki, maaş və təqaüdlər artan kimi inflyasiyanın, qiymət artımının “yeminə” çevrilməsin”, – deyə N.Cəfərli bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki