image-qanunla-reklam
image-img-20221111-wa0086

Deputatdan şəhid ailələri ilə bağlı önəmli təklif

image-lady-day-az

Bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputat Elnur Allahverdiyev maraqlı təkliflə çıxış edib.

Millət vəkili Qanunla.Az-a açıqlamasında bildirib ki, bəzi şəhid valideyinlərinin mənzil problemləri var və onlar acınacaqlı vəziyyətdə yaşayırlar. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinin ehtiyaclarının ödənməsi üçün ciddi tədbirlər görür. Bu istiqamətdə şəhid ailələrinin mənzillə təminatı məsələsinin xüsusi önəmi var. Məlum olduğu kimi, mənzillər şəhid ailələrinə təqdim edilir. Yəni şəhidin həyat yoldaşına və övladlarına. Bəzi şəhid ailələrində valideyinlərin də yaşayış şəraiti acınacaqlı vəziyyətdədir. Yəni faktiki olaraq qəhrəman övladları dünyaya gətirən, böyüdüb boya-başa çatdıran ata və ana olduqca çətin vəziyyətdə yaşayırlar. Təmsil olunduğum dairədə şəhidin anası cəmi 12 kv.m sahəsi olan evdə yaşayır. Şəraiti olduqca çətindir”

E.Allahverdiyev hesab edir ki, bu, yeganə hal deyil. Ancaq kütləvi də sayılmamalıdır: “Nəzərə alsaq ki, Vətən müharibəsində torpaq bütövlüyümüz uğrunda canından keçən 3000 şəhidimiz var, belə ehtimal etmək olar ki, üzərinə gəldiyimiz çətinlik 3-5 faiz şəhid ailələrindədir”. Millət vəkilinin qənaətinə görə, problemin çözümünə nail olmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başçılığı ilə müvafiq icra strukturları, eləcə də qanunverici orqanın da iştirakı ilə xüsusi komissiya yaradıla bilər. “Mən şəxsən bu komissiyanın işində iştirak etməyə hazıram. Bu qurum həmin ailələrin, daha doğrusu, valideyinlərin mənzil şəraiti ilə yaxından tanış olub, gerçək vəziyyətin analizini həyata keçirə bilər. Fikrimcə, bu yolla biz şəhidlərin xatirəsini bir daha yad etmiş, əbədiləşdirmiş olarıq”.
Deputatın fikrincə, yaradılmış komissiya mənzilə ehtiyacı olan şəhid valideyinlərini müəyyən edə və bundan sonra onların evlə təminatı üzərində iş aparıla bilər: “Bu qurum həmin ailələrin, daha doğrusu, valideyinlərin mənzil şəraiti ilə yaxından tanış olub, gerçək vəziyyətin analizini həyata keçirə bilər. Fikrimcə, bu yolla biz şəhidlərin xatirəsini bir daha yad etmiş, əbədiləşdirmiş olarıq” – deyən E.Allahverdiyevin qənaətinə görə, mənzil sıxıntısı yaşayan şəhid valideyinlərinə evlərin əldə edilməsində tək dövlət iştirak etməməlidir: “Belə valideyinlərə mənzillərin əldə olunmasında dövlətlə yanaşı, sosial tərəfdaşlar, özəl sektor yaxından iştirak edə bilər. Bizim belə uğurlu çözüm modellərimiz çoxdur. Məsələn, YAŞAT fondu. 10 milyonuq. Hər ailə belə bir fonda 2-3, yaxud 5 manat könüllü şəkildə ianə etsə, ehtiyacı olan şəhid valideyinlərinə mənzil probleminin çözümünə yardım etmiş olar”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki