image-qanunla-reklam
image-yenigundem_a313c3cc1885ecb3a1fcc4974f667e07_b53rxpahzmyo78fvkl9w-620x460

Deputat Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib – FOTO

image-lady-day-az

96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov Goranboy rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri ilə birgə Borsunlu kənd şəhidi Əfqan Bəhman oğlu Həmzəyevin ailəsini ziyarət edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

Səmimi keçən söhbət zamanı şəhid Əfqan Həmzəyevlə bağlı ailənin xatirələri dinlənilib.

Görüş zamanı kənd sakinləri müəyyən problemli məsələlərin həlli ilə bağlı fikir və təkliflərini millət vəkilinə çatdırıb və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildiriblər. Millət vəkili əlaqədar qurumlara səsləndirilən problemlərlə bağlı məlumat verəcəyini bildirib. Əlavə edib ki, sakinləri narahat edən məsələləri yerli və müvafiq mərkəzi qurumlarla müzakirə edəcək və həllinə çalışacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki