image-qanunla-reklam
image-yenigundem_6975d7dbc8f306d09b73764ed5549ac4_jq34x9omu67p5tg1rckv-620x460

Deputat Goranboyda vətəndaşları qəbul edib – FOTO

image-lady-day-az

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Goranboy rayonu Yəhərçi-Qazaxlar kəndində vətəndaşları qəbul edib. Qəbulda rayon ağsaqqalları və ziyalıları, kənd sakinləri iştirak edib.

Qəbuldan öncə Anar Məmmədov Yəhərçi Qazaxlar kəndində Şəhidlər Xatirə Kompleksini ziyarət edib, əziz şəhidlərimizin xatirəsini ehtiramla yad edib. Daha sonra Yəhərçi Qazaxlar kənd şəhidi Laçın Alıyevin evində vətəndaşlarla görüş keçirilib.

Qəbula gələn vətəndaşlar içməli su təminatı və digər problemlərlə bağlı müraciətlər səsləndiriblər. Onların müraciətləri deputat tərəfindən diqqətlə dinlənilib,  Milli Məclisin deputatının səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.

Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki