image-qanunla-reklam
image-yenigundem_d8010e014f656ce85e919aff7f2a1824_xrey7jofic1sk9alwu2b-620x460

Deputat Goranboyda şəhid ailələrinin su problemini həll etdi – FOTO

image-lady-day-az

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə seçilən Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Borsunlu kəndində Vətən müharibəsi şəhidlərinin ailələrinin su problemi ilə bağlı müraciətini həll edib və şəhid ailələri ilə görüşüb.

Qanunla.Az xəbər verir ki, görüşdə şəhid ailələri, rayon ağsaqqalları və ziyalıları iştirak edib. Deputat Anar Məmmədov Borsunlu kəndində su çəninin qoyulması münasibətilə şəhid ailələrini təbrik edib.

Belə ki, Borsunlu kəndində 100-ə yaxın abonentin istifadə etdiyi su çəni sakinlərin istifadəsinə verilib. Xatırladaq ki, bir müddət bundan öncə Borsunlu kənd şəhidi Qurbanov Cahangirin atası yaşadıqları ərazidə həyətyanı torpaq sahələrinin suvarılması zamanı qarşılaşdıqları çətinliklə bağlı millət vəkilindən köməklik göstərilməsini xahiş etmişdi.

Borsunlu kənd sakinləri də onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki