Çikaqoda sərgi mərkəzinin binasına dəyən min quş ölüb. 

“Qanunla.az” xarici mediaya istinadən xəbər verir ki, toqquşma “McCormick Place” Konqres Mərkəzində baş verib.

Hadisəyə səbəb köç ərəfəsində olan quşların yağışlı hava və mərkəzdə keçirilən sərgi ilə əlaqədar binanın fasadının güclü işıqlandırılması səbəbindən yolu ayırd edə bilməmələri göstərilir.