image-qanunla-reklam
image-img_20250411_152036

Cənab Prezident İlham Əliyev dünyaya çox vacib və mühüm mesajlar verdi!

image-lady-day-az

Cənab Prezident İlham Əliyev dünyaya çox vacib və mühüm mesajlar verdi.

Aprelin 9-da ADA Universitetində   cənab Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bir daha  bu reallıqlara diqqət yönəldildi. Artıq ənənəvi olaraq keçirilən bu forumların mövzularına diqqət yetirsək dövrün çağırışlarını özündə ehtiva etdiyini aydın şəkildə görərik. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif dövlətlərlə istər ikirərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin  yüksək səviyyədə qurulmasını və yeni istiqamətlər üzrə inkişaf etdirilməsini şərtləndirir. Prezident İlham Əliyevin forumlardakı çıxışları  Azərbaycan reallıqlarının, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışların təqdimatında əhəmiyyətli rol oynayır. ADA Universitetində   keçirilən forumun mövzusundan da göründüyü kimi, hazırkı dövrün əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin  qorunmasıdır. Göründüyü kimi, yeni dünya nizamının formalaşdırılması ədalətə, beynəlxalq hüquqa çağırışlar edir. Bu prinsiplərin qorunduğu, öndə saxlanıldığı dünyada sülhün, təhlükəsizliyin bərqərar olması qaçılmazdır. Təəssüflər olsun ki, əksər dünya gücləri ikili standartlara əsaslanan siyasətlərindən yaxa qurtara bilmir, maraqlar ədaləti üstələyir. Bunu bəzi dünya güclərinin  siyasətində aydın görmək mümkündür. Dövlət başçısı cənab İlham Əliyev forumdakı çıxışında bu məqama xüsusi diqqət yönəltdi ki, biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin ABŞ qoşunları  Əfqanıstandan qaçdıqdan sonra bunu ölkəmizə  qarşı yenidən tətbiq etməyə başladılar. Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Forumun əsas məqsədi, beynəlxalq ictimaiyyət üçün aktual olan məsələləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik çağırışları, post-münaqişə dövründə bərpa və inkişaf məsələləri, yeni dünya nizamında inkişaf etməkdə olan ölkələrin rolu, Azərbaycanın geosiyasi mövqeyindən doğan yeni imkanlar və çağırışlar üzrə fikir mübadiləsini təşviq etmək və ortaq baxışlar formalaşdırmaqdır. Forumun hədəfləri arasında isə Azərbaycanın beynəlxalq platformalarda təşəbbüskar mövqeyinin gücləndirilməsi, Qlobal və regional məsələlərə dair obyektiv və peşəkar yanaşmaların paylaşılması, Müstəqil siyasət yürüdən ölkələr üçün əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının yaradılması, Post-münaqişə dövründə Azərbaycanın uğurlu siyasətinin dünya ictimaiyyətinə çatdırılması, Gələcəkdə regional sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına yönəlik tövsiyələrin hazırlanması yer alıb. Cənab Prezident İlham Əliyevin hər bir çıxışının bugünümüzün reallıqları fonunda dünyaya mühüm çağırışlarla zəngin olduğunun şahidi oluruq. Söhbət yeni dünya nizamının formalaşmasından gedirsə, hər bir ölkənin xarici, təhlükəsizlik və müdafiə siyasətini ciddi nəzərdən keçirməsi əsas şərtlərdən biridir. Forum çərçivəsində  rəylərdə bu məqam xüsusi qeyd olundu ki, qlobal miqyasda Azərbaycanın rolunu görmək  olduqca vacibdir. Geosiyasi və geoiqtisadi statusu artan ölkəmiz yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının məsləhətçisi

Aqşin Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki