image-qanunla-reklam
image-img_60d5c8983ebb3-1

Bu il “Azəriqaz”ın 14 əməkdaşı işdən çıxarılıb

image-lady-day-az

Bu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Brliyi üzrə işçilərə 2 310 intizam tənbehi verilib.

Qanunla.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bunlardan 611-i mühəndis-texniki işçilərə, 1 699-u isə fəhlə heyətinə verilib: “Bu müddət ərzində intizam tənbehlərindən 1 237-si töhmət, 820-si sonuncu xəbərdarlıqla şiddətli töhmət, 239-u aylıq əmək haqqının 4/1 məbləğindən tutulma, 14-ü isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilmə olub”.

R.Cavadov qeyd edib ki, bu ilin iyul ayı ərzində “Azəriqaz” üzrə işçilərə 169 intizam tənbehi verilib: “Bunlardan 55-i mühəndis-texniki işçilərə, 114-ü isə fəhlə heyətinə verilib. İyulda intizam tənbehlərindən 78-i töhmət, 72-si sonuncu xəbərdarlıqla şiddətli töhmət, 17-si aylıq əmək haqqının 4/1 məbləğindən tutulma, 2-si isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmə olub”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki