image-qanunla-reklam
image-1666254971_1666245777_2108568d-2a53-41c5-8475-2df680aa18bf

“Bu, Ermənistan üçün çox ağır olacaq” – AÇIQLAMA

image-lady-day-az

Ermənistan ordusunun Azərbaycanla təyin edilməmiş sərhəd istiqamətində  şəxsi heyət və  ağır silahlar cəmləşdirməsi onlar (Ermənistan rəhbərliyi – red.) üçün çox ağrılı-acılı bir nəticələrə gətirib çıxaracaq.

Bunu Qanunla.az-a açıqlamasında hərbi ekspert  Ədalət Verdiyev  deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən  və  ondan sonrakı dövrdə baş verən hadisələr hələ də Ermənistan hərbi-siyasi rəhbərliyi üçün doğru-dürüst dərs olmayıb.

“Ermənistan qoşunlarının sərhəddə cəmləşdirilməsi Azərbaycan vətəndaşlarının və ordumuzun şəxsi heyəti üçün təhlükə və təhdidlər yaradır. Və bu təhlüklərin, təhdidlərin aradan qaldırılması bizim təhlükəsizlik qüvvələrimizin bir nömrəli vəzifəsidir. Odur ki, qoşunlarımız düşmənin cəmləşdiyi ərazilərdən bizə qarşı təhdid törətmək üçün kəşfiyyat əlamətləri məlum olduqdan sonra həmin bölmələri atəş açan vasitələri məhv etməli və  Azərbaycan Ordusunun şəxsi heyəti ön mövqelərdə yerləşdirilməlidir”.

Qeyd edək ki,bu gün erməni “Telegram” kanallarında Ermənistan Müdafiə Nazirliyinin şəxsi heyəti ilə yük maşınlarının sərhədə getməsini əks etdirən görüntülər yayılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki