image-qanunla-reklam
image-1697867925-1159091-1228889233

Bu ərazilərdən ukraynalıların köçü başlayıb – Yuri Malaşko

image-lady-day-az

“Ukraynanın Rusiyanın nəzarəti altında olan ərazilərindən sakinlərin üçüncü ölkə vasitəsilə köçü başlayıb”.

“Qanunla.az” xəbər verir ki, bunu report-a açıqlamasında Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Yuri Malaşko bildirib.

O, ərazinin minalanmasını da vurğulayıb.

“Bütün cəbhə boyu heç bir istiqamətdə sadə vətəndaşların sərbəst keçməsi üçün yer yoxdur. Üstəlik, həmin ərazilər minalanıb. Rusiya tərəfi öz növbəsində işğal altında qalmış ərazilərdəki Ukrayna vətəndaşlarının keçidinə icazə vermir. Biz insanların üçüncü ölkələr vasitəsilə digər ərazilərimizə keçməsinə çağırış edirik. Bu yolla gələn insanlar da var”, – deyə o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki