image-qanunla-reklam
image-1698994014-005

Böyük Qayıdış Proqramı uğurla icra olunur

image-lady-day-az

Böyük Qayıdış Proqramı uğurla icra olunur

İkinci Qarabağ müharibəsində kənd, qəsəbə, şəhər və strateji əhəmiyyətli yüksəkliklərin düşmən tapdağından azad edilməsi ilə Azərbaycan böyük tarixi nailiyyətə imza atdı. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, ordumuzun qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoyuldu. Bu tarixi zəfərimiz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə həkk olundu. Tarixi Zəfər Azərbaycan Ordusunun əsgər və zabitinin özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olduğunu bir daha təsdiqlədi. Vandal ermənilər 30 illik işğal altında saxladıqları ərazilərimizdə mədəni irsimizi, tarixi həqiqətləri silməyə cəhd etmişlər. Bu illər ərzində həmin yerlərdə haylar tərəfindən heç bir tikinti yaxud quruculuq işləri həyata keçirilməyib. Çünki düşmən çox yaxşı bilirdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu həqiqəti heç nə dəyişə bilməz.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günə qədər yüksək səviyyədə həyata keçirilən digər dövlət proqramları kimi “Böyük Qayıdış” Proqramı da uğurla icra olunur. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktiki planıdır.
Bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda
yenidənqurma işləri sürətlə gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları,
körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər,
xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına
uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması
üçün bütün imkanlar səfərbər edilib. Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci
mərhələsi üzrə açılış mərasiminin baş tutması və insanların öz doğma yurdlarına geri
dönmsəi “Böyük Qayıdış”ın daha da sürətləndiyini təadiq edir. Böyük Qayıdışın ilk
müjdəsi olan Zəngilanın Ağalı kəndində istifadəyə verilmiş “Ağıllı kənd”də yaradılmış
bütün zəruri infrastrukutlar, sosial obyektlər, müxtəlif xidmət və təminat sahələri burada yaşayan insanların iş yerləri ilə təmin edilməsində də mühüm rol oynayır.

İnsanların rahat yaşaması ölkə başçısı üçün prioritetdir. İşğaldan azad olunmuş bütün ərazilərdə insanlar rahat yaşamalıdır. Bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, işğaldan azad olunan ərazilərdə yerləşən insanların məşğulluq imkanları da olsun. Müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov

 

 

Türk dövlətləri arasında iqtisadi münasibətlər genişlənir.

Bu gün türk dilli dövlətlər birliyinin daha geniş mənada formalaşması üçün onlar arasındakı iqtisadi-ticari əməkdaşlığın genişlənməsi də mühüm şərtdir. Azərbaycanla Orta Asiyada yerləşən Türk dövlətləri arasında iqtisadi əlaqələr son illər ciddi şəkildə genişlənməkdədir. Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı olan TÜRKSOY Türk dünyasının milli-mənəvi irsinin qorunması, inkişafı və təbliği istiqamətində mühüm vəzifəni həyata keçirir. Məlumdur ki, türkdilli dövlətlər coğrafi-strateji baxımından dünyanın əhəmiyyətli bölgəsində yerləşir. TÜRKSOY-un ardından Türk Şurası və TÜRKPA-nın yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti üçün önəmli təkan verir, regional təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparır və ticarət və investisiya imkanlarının möhkəmlənməsinə köməklik edir. Dövlətimizin türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. İqsadi qüdrətinin artması regionda həyata keçirilən transmilli layihələrin uğuruna təminatı artırır. Qeyd edilib ki, Türk dövlətləri tərəfindən həyata keçirilən əməkdaşlıq və birgə investisiyalar regionun nəqliyyat və ticarət dinamikasına fəal təsir edir və bu kontekstdə Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyi şübhəsizdir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Prezident İlham Əliyev ilk növbədə qonaqpərvərliyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib və qardaş Qazaxıstana Türk Dövlətləri Təşkilatına qarşıdan gələn sədrliyi dövründə müvəffəqiyyətlər arzulayıb. Cənab Prezidentin çıxışında əsas üzərində dayandığı məqamlardan biri dünyada hüquq normalarının pozulduğu hazırkı şəraitdə dövlətlərimizin təhlükəsizliyinin gücləndirilməsinin ön plana çıxmasını nəzərdə tutan fikirləridir

Bu gün türk dövlətlərinin çağırış və təhdidlərə qarşı birləşmək, qarşılıqlı dəstək vermək və birgə təsirli tədbirlər görməsi hər zamankındən daha vacibdir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Azərbaycanın apardığı 44 günülük müharibə, son antiterror tədbirləri, Qazaxıstanda ötən ilin əvvəlində baş verən hadisələr göstərdi ki, təşkilata üzv olan ayrı-ayrı dövlətlər öz təhlükəsizliyini təmin edəcək mərhələyə gəlib çatıblar. Hansı ki, bu imkanlar ötən əsrin 90-cı illərində və 2000-ci ilin əvvəllərində belə deyildi. İndi üzv dövlətlər ayrılıqda və ya əməkdaşlıq şəraitində, məsələn Türkiyə-Azərbaycan əməkdaşlığı buna nümunədir, təhlükəsizliyə töhfə verə bilirlər.

Prezident cənab İlham Əliyevin çıxışına diqqət etdikdə bir xüsusi nüansı da vurğulamaq lazımdır. Belə ki, Azərbaycan lideri çıxışına Türk dövlətləri arasında əlaqələrin, qarşılıqlı çoxsaylı səfərlərin son illərdə daha da sıxlaşması və “Biz böyük Türk dünyasının bir hissəsiyik, dostluğumuz, qardaşlığımız əbədi olacaqdır fikri ilə yekun vurmuşdur.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi. 2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki