image-qanunla-reklam
image-1698439225_shutterstock_1818123269-pic_32ratio_900x600-900x600-71985

BMT Ukraynadan qara bazara gedən silahların sayını açıqladı

image-lady-day-az

“Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi silahların təxminən 20%-i qara bazara gedir.

“Qanunla.az” xəbər verir ki, bunu Rusiyanın BMT- dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

“Kiyevin aldığı bütün hərbi məhsulların 15%-dən 20%-ə qədəri qara bazarlara gedir”, – diplomat BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.

Polyanski qeyd edib ki, sızma respublikaya daxil olduqdan sonra ilk iki həftə ərzində baş verir.

Oktyabr ayında Rusiya prezidenti Vladimir Putin Ukraynadan gələn silahların Yaxın Şərqə çatdığını söyləyib. Onun sözlərinə görə, Ukraynadan gələn silahların qara bazar vasitəsilə Yaxın Şərqə çatması ehtimalı var.

Bundan əvvəl Türkiyə mediası HƏMAS -ın İsraillə münaqişədə  ABŞ-ın Ukraynaya göndərdiyi Amerika silahlarından istifadə etdiyini yazmışdı .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki