image-qanunla-reklam
image-img_3018

Beyləqanda “Özü qəlblərdə izi tarixlərdə yaşayan Lider”adlı konfrans keçirilib-FOTO

image-lady-day-az

8 Dekabr 2022-ci il tarixində Kürdəmir Regional Mədəniyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Özü qəlblərdə izi tarixlərdə yaşayan Lider”adlı konfrans keçirilib.

Qanunla.Az xəbər verir ki, tədbirdə Ağsaqallar şurasının üzvləri,idarə, müəssisə və təşkilat rəhbərləri, mədəniyyət müəssisələrinin əməkdaşları, ümummtəhsil məktəblərinin,peşə məktəbinin müəllim və tələbələri iştirak edib.

İlk öncə ulu öndərin abidəsi önünə gül dəstələri düzülüb. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən natiqlər Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ümummilli liderin Vətənə sədaqətindən , xalqa fədakarlıqla xidmətindən geniş bəhs edib.

Bildirilib ki,bütün varlığı ilə Vətəninə və xalqına bağlı olan ulu öndər öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

image-img_3013image-img_3018image-img_3041image-img_3072image-img_3178

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki