Avqustun 28-də Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsi əbədiyaşar milli sərvətimizdir” adlı intellektual bilik yarışı keçirildi.
Yarışda Beyləqan rayon idarə və müəssisələrində çalışan eləcədə könüllü gənclər iştirak etdilər. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və düşmən tapdağındakı torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əbədiyaşar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova bildirdi ki, Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və yeni nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması eləcədə daha geniş biliklərə sahib olmalarına kömək göstərmək və onların intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaqdır.
Yarışın aparıcısı 18 saylı Regional Xəzinədarlıq İdarəsinin, aparıcı məsləhətçisi Rafiz İsmayıllı, yarış iştirakçılarını salamlayaraq onlara yarışda ugurlar arzuladı. İntellektual bilik yarışında 4 komanda iştirak edib. Yarış zamanı 40 sual səsləndirilib gənclər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən suallara cavab verərək biliklərini sınayıblar.
2 saat davam edən yarışın qaliblərinə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova tərəfindən diplomlar,fəxri fərmanlar və müxtəlif mükafatlar verilib.