image-qanunla-reklam
image-1696625966_ap_16230546670169-pic905-895x505-35942

Baydenin oğlu qızı üçün ayrılan pulları narkotikə və əxlaqsız qadınlara xərcləyib

image-lady-day-az

ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden qızının təhsili üçün ayrılan 20 min dolları alkoqol, narkotik və əxlaqsız qadınlara xərcləyib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti Ağ Ev rəhbərinin oğlunun elektron məktublarına istinadən yazır.

Nəşr Hanter Bayden və onun şəxsi bankirləri arasındakı yazışmalara istinadən xəbər verir ki, 2018-ci ilin sonunda Amerika liderinin oğlu “narkotiklərlə və əxlaqsız qadınlarla ödəmək üçün qızı Meysinin kollec hesabından 20 min dollar götürüb”. O bunu 2018-ci ilin dekabrında şəxsi hesabında cəmi 44 sent qaldıqda edib.

Hanterin noutbukundan əldəe dilən e-poçtlara və mesajlara görə, hesabdan götürülən vəsaitlər “Porsche” avtomobil kreditinin ödənilməsinə, veb-kamera xidmətlərinə abunəliklərə və “digər şəxsi xərclərə” də sərf olunub.

Nəşrin məlumatına görə, siyasətçinin oğlu bu xərclərdən vergi ödəməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki