image-qanunla-reklam
image-1669611768_download

“Başçı mənə deyir, süpürgə vermirlər, sən də işləmə” – Mingəçevir sakini İlham İsmayılovdan gileyləndi //VİDEO

image-lady-day-az
İdarə etmək çox çətindir, əgər bunu təmiz vicdanla edirsənsə.”
(Napaleon)
Qanunla.az: – O zaman, rəhbər işini asan bilib, rəhbər vəzifəyə gəlmək üçün varını-yoxunu satıb, filan qədər rüşvət verənlər üçün vəzifənin bu qədər önəmli olma səbəbi bəllidir.Yox, biz kimisə “vicdansız” adlandırmırıq, sonucda hər kəsin özünün özündə gördüyü “bir miqdar vicdan”ı vardır. Amma, bu sözümüzlə siz də razılaşarsınız ki, hər kəs işini dürüstcəsinə icra edərsə, bu qədər şikayətçi vətəndaşlar olmaz.

“Şikayət” demişkən, ötən həftə “Kanal14” YouTube kanalımızda “Kamalın zamanı” proqramı ilə canlı bağlantı yaradan Mingəçevir şəhər sakini Kifayət xanım Əliyeva Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdan gileyləndi.

Xanım bildirir ki, Mingəçevir şəhər Yaşıllaşdırma və Təmizlik İdarəsində 2 saylı Ərazi Xidmət sahəsində dalandar işləyir. O işlərini görmələri üçün lazım olan təmizlik və yuyucu vasitələrinin vaxtında və lazımi qədər verilmədiyindən, həmçinin əmək haqqının azlığından şikayətlənib.

Xanımın söylədiklərini aşağıdakı linkdə sizə təqdim edirik:

Xanımın söylədikləri arasında diqqətimizi ən çox çəkən İcra başçısının işçilərin şikayətinə aidiyyatı şəxslərə lazımi tapşırıqlar vermək yerinə, “Vaxtında vermirlər, siz də işləməyin” deyə alay edirmişcəsinə verdiyi reaksiyası oldu.

Qeyd edək ki, sakinlərinin icra başçısından narazı olduğu və bu barədə “DogruXeber.az”a üz tutanlar arasında Mingəçevir şəhəri də ön sıralarda yer alır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki