image-qanunla-reklam
image-eldar-ezizov1

Başçı Heydər Əliyev Parkını bağlayıb, meriya isə susur

image-lady-day-az

Xətai rayonunda, Ukrayna dairəsində yerləşən Heydər Əliyev Parkı hələ də açılmayıb.

Bir neçə müddət əvvəl Axar.az-ın sorğusuna cavab olaraq Xətai rayon İH-dən parkın genişləndirilməsi istiqamətində işlərin aparıldığı, açılışın 15 iyul tarixində olacağı bildirilsə də, park hələ də açılmayıb.

Xatırladaq ki, təmir işləri çoxdan bitib, parkın genişləndirən ərazisi ilə bərabər, köhnə hissəsi də bağlanıb. Xətai RİH bunu park ərazisinin açılışa qədər daha təmirli, daha gözəgirən görünməsi üçün etdiklərini gizlətmirlər. Nəticə etibarilə isti yay ayının ortasında lentlənmiş parka təhkim edilən qarovulçular insanların istirahət hüququnu pozmaqla məşğuldurlar.

Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyimiz sorğuya cavab olaraq isə Xətai rayon İH-nə yenidən müraciət etməli olduğumuzu bildirdilər:

“Parkların yenidənbərpa məsələlərinə rayon icra hakimiyyəti özü cavab verir. Bizim bu barədə danışmağımız doğru olmaz”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki