image-qanunla-reklam
image-1674025131-c69fc979-e9c5-3af6-951e-bc6b4fb10641_850

Bakının bu yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq

image-lady-day-az

Bu gün saat 22:00-dan etibarən səhər saatlarınadək Zığ dairəsinin yaxınlığında yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə “Qanunla.az”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki