image-qanunla-reklam
image-84ad1f50-9312-3b78-b356-05751187a614_850

“Azəriqaz”ın “Açıq mikrofon”u 5 rayonda qurulacaq – FOTO

image-lady-day-az

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (22-26.08.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Qanunla.Az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 12:00-dan 14:00-dək Şamaxı rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü  saat 11:00-dan 13:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı ), 3-cü günü saat 13:00-dan 15:00-dək Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 13:00-dək Göyçay rayonunda (Əli Kərim adına şəhər Parkı), 5-ci günü saat 11:00-dan 13:00-dək Ucar rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki