image-qanunla-reklam
image-img-20220912-wa0074

“Azəriqaz”ın 13 əməkdaşı nümunəvi əmək fəaliyyətinə görə təltif edildi-FOTO

image-lady-day-az

Birliyin 13 əməkdaşı nümunəvi əmək fəaliyyətinə görə təltif edildi.

“Hər dəfə sizlərlə görüşümüzdə bildirirəm ki, işində fərqlənən əməkdaşlarımız diqqətdən kənar qalmır. Bu gün burada mükafatlanan Birlik əməkdaşları seçilənlər sırasındadırlar. Bu, digər əməkdaşlara motivasiya olmalıdır. İnanıram ki, növbəti görüşümüzdə digər əməkdaşlar da səmərəli fəaliyyətlərinə görə bu sıralarda olacaqlar.”

Qanunla.Az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Xaçmaz Regional qaz istismarı İdarəsinin xidmət sahələrində çalışan bir qrup Birlik əməkdaşı ilə keçirilən görüş zamanı bildirib. Baş direktor bu görüşlərin bütün regionlar üzrə keçirildiyini qeyd edib. Birlik rəhbəri hər bir əməkdaşı fərdi olaraq dinləyib. Daha sonra Ruslan Əliyev SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.

image-img-20220912-wa0078 image-img-20220912-wa0077 image-img-20220912-wa0076 image-img-20220912-wa0075 image-img-20220912-wa0073 image-img-20220912-wa0074


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki