image-qanunla-reklam
image-1673814300_depositphotos_215143174_l-2015-pic905-895x505-82006

Azərbaycanlılar Türkiyədə yaşamaq icazələrini ən çox buna görə alırlar

image-lady-day-az

2022-ci ildə Türkiyədə yaşamaq icazələrinin sayına görə Azərbaycan liderdir. 

“Qanunla.az” xəbər verir ki, Türkiyədə yaşamaq icazələrinin sayına görə ruslar xarici vətəndaşlar arasında birinci yeri tutub . Bu barədə Türkiyə Miqrasiya İdarəsinin məlumatlarında qeyd olunub.

Onların sözlərinə görə, ötən il bu ölkədə yaşamaq icazəsi olan əcnəbilərin ümumi sayı 1 milyon 354 min nəfərdən çox olub.

Belə ki, Türkiyə rəsmiləri Rusiya Federasiyasının 153 mindən çox vətəndaşına yaşayış icazəsi verib . Alınan yaşayış icazələrinin sayına görə ikinci yeri İraq vətəndaşları (131 min nəfər) tutub. Üçüncüsü suriyalılardır(100 mindən çox). Yaşayış icazəsi almış  Ukraynadan olan mühacirlər – 47 mindən çoxdur.

Qeyd olunur ki, 132 mindən çox rusiyalı Türkiyədə bir ilə qədər qısa müddətə verilən turistik yaşayış icazəsi ilə yaşayır.

Eyni zamanda, Azərbaycan ölkədə qohumluq əlaqələri və ya təhsil əsasında verilən yaşayış icazələrinin sayına görə liderdir.

Daha əvvəl bildirilmişdi ki, 2022-ci ildə bütün xarici vətəndaşlar arasında Türkiyədə əmlak almağa ən çox marağı ruslar göstərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki