image-qanunla-reklam
image-51516558

Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır

image-lady-day-az

Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır.
Hər ilin yekununda olduğu kimi 2023-cü ilin yekununda da Prezident İlham Əliyev xalqa müraciət etmiş və Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etmişdir. Prezident xalqa müraciətində bir çox məqamlara toxunmuş və lazımi yerlərə də öz qəti mesajını bildirmişdir.
2023-cü ilin yekunlarına dair Prezident İlhan Əliyevin çıxışında da dediyi kimi ölkəmizin həyatında önəmli və xalqımızın yaddaşında əbədiyyən qalacaq bir çox hadisələr baş vermişdir. Prezidentin toxunduğu məsələlərdən biri də suverenliyimizin bərpası məsələsi idi. Bizim şahid olduğumuz bu tarixi qələbə əsrlərboyu millətimizin oxuyub, öyrənəcəyi qələbə tarixi olacaqdır.
2023-cü ildə baş tutan birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan haqlı olaraq öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində gizlənmiş erməni separatçılarına ordumuz öz gücünü bir daha göstərmişdir. Separatçıların silahları alınmış, texnikaları məhv edilmiş və qənimət kimi ordumuz tərəfindən müsadirə edilmişdir. Lakin ən vacib məqamlardan biri də özünü guya prezidentmiş kimi qələmə verən bəzi separatçılar və Vətən müharibəsi zamanı dinc sakinlərimizə qarşı terror törədənlər həbs edilmiş və Bakıya gətirilmişdilər. Beləliklə, ölkəmizdə bununla da separatizmin qalıqları təmizlənmiş və nəinki Azərbaycanda hətta demək olar ki, dünyada buna nail olan ölkələrdən biriyik.Onu da qeyd etmək istərdim ki, bu nailiyyət hər hansı kağız üzərində olan qətnamələr, müasir dünyamızda öz əhəmiyyətini itirmiş hansısa təşkilatın, beynəlxalq hüququn deyil, ölkəmizin, ordumuzun gücü, qüdrəti, Ali Baş Komandan tərəfindən düzgün yeridilimiş daxili və xarici siyasətin, müasir,təkmilləşdirilmiş ordu quruculuğu nəticəsində tariximizdə ilk dəfə olaraq Azərbaycanın hər bir guşəsində şanlı üçrəngli bayrağımız dalğalanır və suverenliyimizə öz gücümüz hesabına nail olduq. Prezident xalqa müraciətində ölkəmizin uğurlarından biri olan iqlim dəyişikliklərinə həsr olunmuş konfrans barədə də məlumatlandırdı. 2023-cü ilin ən əlamətdar hadisələrindən biri olan dünyanın ən böyük beynəlxalq konfransı COP-29-un 2024-cü ildə Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkəmiz üçün çox böyük bir uğurdu. Bu qərarın digər ölkələr tərəfindən təsdiqlənməsi Azərbaycanın beynəlxalq arenada yeritdiyi siyasi, iqtisadi, uğurlu xarici və daxili siyasətinin, günbəgün artan nüfuzunun nəticəsidir. Belə bir konfransa ev sahibliyi etmək Azərbaycan üçün uğur və ölkəmizi hər baxımdan dünyaya tanıtdırmaq üçün gözəl fürsətdir. Bu konfransada prioritet məsələ yaşıl enerji layihəsidir. Bu münasibətlə də məhz Prezidentin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi təsadüfi deyildir. Təbii ki, bu da Ölkəmizin ekologiyaya, ekoloji proseslərə verdiyi önəmin göstəricisidir.

 

Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki