Azərbaycan elminə ağır itki üz verib.
Müasir Azərbaycan fəlsəfə elminin görkəmli simalarından biri, fəlsəfə elmləri doktoru, professor Əlikram Mirhəsən oğlu Tağıyev dünyasını dəyişib.
Qeyd edək ki, Ə.Tağıyev 1945-ci ildə İmişli rayonunda anadan olub.
O, fəlsəfə, politologiya, sosiologiya və kulturologiya sahəsində ixtisaslaşıb, müəyyən əhəmiyyət kəsb edən elmi araşdırmalar aparıb. Namizədlik və doktorluq işləri milli-etnik problemlər sahəsində olub.
Milli ideya və milli ideologiya problemləri ilə məşğul olan mərhum Akademiyanın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Politologiya şöbəsinin müdiri olub. 30-dan çox elmi monoqrafiyanın, 200-dən çox elmi məqalələrin müəllifi olub.