Ağdaş rayonunda yerləşən Hacı Məhəmməd məscidinin ətrafı məişət tullantıları ilə qalaqlanıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, 19-cu əsrə aid Hacı Məhəmməd məscidinin ətrafı zibilxanaya çevrilib.
Məscid Mədəniyyət Nazirliyi tərəfindən qorunur.