image-qanunla-reklam
image-1659126618-16285489825890161742_1000x669

Azərbaycanda Məhərrəm ayı başlayıb

image-lady-day-az

Azərbaycanda Məhərrəm ayı başlayıb.

Qanunla.Az xəbər verir ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2022-ci il iyul ayının 30-na, Aşura günü isə avqust ayının 8-nə təsadüf edir.
Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-si olacaq.

Qafqaz Müsəlmanları İdarəsində iyulun 29-da Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib. QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti qəbul olunub.

Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib.

Qazılar Şurası məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və sairənin şəriətə görə icazəli olmadığını dindarların diqqətinə çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki