image-qanunla-reklam
image-1613831981_1613830090_1613825128_bayraq_baki

Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir

image-lady-day-az

Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir

Azərbaycan son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara  ev sahibliyi edir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək şəkildə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin ictimai və dövlət maraqlarımıza uyğun formada keçirilməsi də təqdirəlayiqdir. Tədbirlərdə iştirak üçün Azərbaycana gələn nüfuzlu xarici qonaqlar ölkəmizdən hərtərəfli razı qayıdırlar. Son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının artması da ölkəmizin dünyada mühüm rolunun olduğunun bariz nümunəsidir.

Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atdı. Beləki, COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir.Ölkəmiz buna layiqdir, aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir.

Azərbaycan ilbəil inkişaf etdikcə onun beynəlxalq aləmdə nüfuzu da yüksəlir. Bu da təbii ki, dövlət və ictimai maraqlarımızın yüksək səviyyədə müdafiəsini şərtləndirir. Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməklə öz gücünü, sülhpərvər, humanizm diləkli

bir ölkə olduğunu dünyaya çatdırır. Beynəlxalq toplantılara ölkəmiz tarixən açıq olub, əlbəttə, bu da respublikamızın, dövlətimizin və cəmiyyətimizin hər zaman beynəlxalq aləmlə sağlam dialoqa, münasibətlərə maraq göstərdiyinə əsas verir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür.

Prezident cənab İlham Əliyev bir neçə gün əvvəl dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışında bu qərarı Azərbaycana növbəti dəfə göstərilmiş böyük etimad kimi dəyərləndirdi. Dövlət başçımız bildirdi ki, bununla ölkəmiz növbəti böyük uğura imza atmışdır. COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunması Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilməsinin təzahürüdür.  Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz buna layiqdir, aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq.

Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

 

Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır

Dekabrın 15-də isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkəmizin qazandığı uğurların əsasında bu tədbiri də yüksək səviyyədə keçirəcəyimizə işıq saldı. Bu il ölkəmiz, eyni zamanda, 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə bağlı verilən qərar mühüm tarixi əhəmiyyət kəsb edir. Sözsüz ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti siyasi-diplomatik uğuru hesab olunur. Bu eyni zamanda dünya ölkələrinin Azərbaycana növbəti dəfə böyük etimad və hörmətinin bariz nümunəsidir. Bunu ölkəmiz həyata keçirilən siyasətlə qazanıb. Çünki ölkəmizin müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda dövlətimizin öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi beynəlxalq birlik tərəfindən ona olan hörməti daha da artırıb. İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan hər bir beynəlxalq tədbiri yüksək səviyyədə keçirməklə dünyaya malik olduğu zəngin təcrübəni təqdim edir. Dövlət başçısı İlham Əliyev müşavirədə belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki