image-qanunla-reklam
image-bayraq_meydani_120715

Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir

image-lady-day-az

Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir.

Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən təqdir edilir. Xarici ekspertlərin də vurğuladıqları kimi, dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, həmçinin həyata keçirilən mütərəqqi islahatlar nəticəsində bütün sahələrdə inkişaf əldə edilən Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi də ənənə halını alıb.

Eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Öz növbəsində ölkəmizə səfər edən xarici qonaqlar, Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını yüksək qiymətləndirirlər.

Əvvəlki dövrlərdə Azərbaycan bir çox mühüm tədbirlərə ev sahibliyi etdiyi kimi bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Böyük etimad.

Prezident cənab İlham Əliyev dekabrın 15-də keçirilən müşavirədəki çıxışında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının–COP29-un gələn il respublikamızda reallaşması qərarını ölkəmizin növbəti böyük uğura imza atması, eyni zamanda, dünya ölkələrinin Azərbaycana bir daha böyük etimad və hörmət göstərməsi kimi dəyərləndirib. Ölkə rəhbərinin müşavirədəki nitqində COP29-un indiyədək res­publikamızda keçirilən tədbirlərlə müqayisəyə gəlmədiyi, hətta Avro­pa Oyunlarından çox diqqət çəkə­cəyini diqqətə çatdırıb: “Həmin vaxt Azərbaycana 5 min idmançı və on­ları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkə­mizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.

COP29 beynəlxalq konfransı­nın respublikamızda reallaşmasını şərtləndirən digər mühüm bir amil isə Azərbayca­nın bu gün dünyada neft-qaz ölkə­si olmaqla bərabər, həm də “yaşıl enerji” növlərini yaratmasının və bu enerjinin dünya bazarlarına nəql et­məsinin hazırda prioritet xarakterə çevrilməsi ilə bağlıdır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven­siyasına Tərəflərin Konfransı COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın çox sayda hökumət nümayəndəsi COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alın­ması və fəsadlarının aradan qaldı­rılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.

1995-ci ildə Berlin şəhərində COP-un ilk toplantısı keçirilib, so­nuncu COP28 cari il Dubayda real­laşıb. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT ta­rixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilən Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyev iştirak edib.

COP-a evsahib­liyi müəyyən qayda əsasında hə­yata keçirilir. Belə ki, evsahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvləri tərəfindən bu konfransı gerçəkləşdirəcək bir ölkə­ni seçmək üçün konsensusla qərar qəbul olunur.

2024-cü il COP29-a evsahibliyi etmək növbəsi Şərqi Avropa regi­onal qrupu üzərinə düşüb. Həmin qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Respublikamızla yanaşı, Er­mənistan və Bolqarıstan da öz na­mizədliklərini irəli sürüb.

Xatırladaq ki, 2023-cü il dekab­rın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi ara­sında aparılmış birbaşa danışıq­ların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbycanın xeyrinə öz namizədliyindən geri çə­kilib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri çəkmək qə­rarına gəlib və beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu tərəfindən Azərbaycan 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirilib. Rəsmi qərar isə dekabrın 12-də plenar iclas zamanı verilib.

Prezident cənab İlham Əliyev tərəfin­dən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olması ilə bağlıdır. Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra ölkəmizin dünyada daha güclü döv­lət kimi tanınması da bu məsələdə önəmli rol oynayır. Dövlət başçısı­nın uğurlu xarici siyasəti nəticəsin­də ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır.

Azərbaycan 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilib.

Sözügedən qərar hər şeydən əvvəl Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər verir. Bu isə şübhəsiz ki, ilk növbədə, Azərbaycanın Cənubi Qafqazda ədaləti bərpa etməsi, torpaqlarını işğaldan azad etməsi və uzun illərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması mərhələsinə qədəm qoyması ilə izah olunmalıdır.

İndidən proqnozlaşdırmaq olar ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək. Belə düşünmək üçün kifayət qədər əsas verir. Azərbaycanda olan infrastruktur, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi COP29-a da uğurla ev sahibliyi edəcəyinə şübhə qoymur.

2012-ci ildə Azərbaycanda Avroviziya mahnı müsabiqəsi keçirilmişdi. Həmin vaxt xarici ölkələrin rəyləri, habelə Bakıdakı turistlərin söylədikləri Azərbaycanda növbəti beynəlxalq tədbirlərin təşkili üçün inam yaratdı.

2015-ci ildə Azərbaycanda Birinci Avropa Oyunları keçirildi. Beləliklə, ölkə daha bir tarixi hadisəyə ev sahibliyi etdi. Əlbəttə, ilk Avropa Oyunlarının rəsmi Bakıya həvalə edilməsi böyük məsuliyyət və həm də etimad təzahürü idi. Bu, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Azərbaycana inamının göstəricisi idi.

2017-ci ildə Azərbaycan daha bir beynəlxalq idman yarışına – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Belə bir möhtəşəm idman yarışının keçirilməsinin Azərbaycana həvalə edilməsi, şübhəsiz, həm də Birinci Avropa Oyunlarına uğurla təşkilatçılıq etməsi ilə bağlı idi. Bundan başqa, bir neçə ildir Azərbaycanda Formula-1 yarışları keçirilir.

Bu ilin oktyabr ayında isə Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi baş tutdu.

Bu siyahını daha da genişləndirmək olar. Göründüyü kimi, Bakı idmandan, mədəniyyətdən siyasi və digər sahələrə qədər ən müxtəlif tədbirlərə ev sahibliyi edib. Bu beynəlxalq tədbirlərə uğurla ev sahibliyimiz bir neçə amillə, o cümlədən yaradılan təhlükəsiz şərait, müasir komplekslərin mövcudluğu, habelə əlverişli iqlim şəraiti və əlbəttə, Azərbaycan xalqının qonaqpərvərliyi ilə bağlıdır.

Beləliklə, bir daha söyləyə bilərik ki, Azərbaycan COP29 da uğurla ev sahibliyi edəcək. Qonaqlar yenə də paytaxt Bakıdan məmnunluqla qayıdacaq, xarici KİV Azərbaycanın uğurlu təşkilatçılığından yazacaq, təcrübəmiz ayrı-ayrı ölkələrdə tətbiq olunacaq.

Onu da deyək ki, belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi həm də siyasi əhəmiyyətlidir. Rəsmi Bakı hər dəfə hansısa beynəlxalq tədbirə ev sahibliyi etdikcə nəyə qadir olduğunu dünyaya bir daha göstərir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki