image-qanunla-reklam
image-fb_img_1672423006608

Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimiz, ədət-ənənələrimiz geniş təbliğ edilir

image-lady-day-az

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu əlamətdar günün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə geniş imkanlar yaratmışdır.

Təqdirəlayiq haldır ki, Ulu Öndərin müstəqil dövlətçilik konsepsiyası, milli ideologiyamızın əsas prinsipləri bu gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimiz, ədət-ənənələrimiz geniş təbliğ edilir.
Dünya xalqlarının böyük əksəriyyəti yeni ilin başlanğıcını dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qeyd edirlər. Yeni il Yer kürəsinin bütün guşələrində dini etiqadlarından asılı olmayaraq müxtəlif xalqlar tərəfindən geniş qeyd olunan ən məşhur bayramlardandır. Yeni ili bayram etməklə insanlar belə hesab edirlər ki, bütün uğursuzluq və kədərli anlar köhnə ildə qalır, yeni il yeni arzular və ümidlər gətirir.
Bu yeni ildə Xalqımıza əmin-amanlıq, böl ruzi bərəkət, müharibəsiz günlər arzu edirəm!

Vüqar Rəhimov 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki