image-qanunla-reklam
image-299019615_1166443733918447_8990755582934055322_n

AZƏRBAYCANÇILIĞI YAŞADAQ !

image-lady-day-az

AZƏRBAYCANÇILIĞI YAŞADAQ !

İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq Zərdab rayon MKS-in növbəti tədbiri 16 avqust 2022-ci il tarixində Mərkəzi Kitabxana,Gəlmə ,Salahlı,Əlibəyli, Allahqulubağı və Xanməmmədli kənd kitabxana filiallarının ,Gəlmə kənd Folklor evinin,Gəlmə kənd Körpələr evi uşaq bağçasının əməkdaşlarının iştirakı ilə təşkil olunmuşdur. Tədbirdə Azərbaycanın birliyi , bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilmiş,Qazilərə və əsgərlərə can sağlığı dilənmişdir. Tədbirdə çıxış edən Mərkəzi Kitabxananın direktoru Nailə Əliyeva qeyd etmişdir ki, Azərbayçılıq Azərbaycan xalqının ideologiyasıdır.Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası dünya azırbaycanlıların vahid ideya ətrafında birləşdirən ideoloji bünövrədir. Azərbaycançılığı təbliğ etməkdə Ulu Öndərin məqsədi yaşadığı məkandan asılı olmayaraq , hər bir azərbaycanlıya, soydaşımıza vətənpərvərlik hissini, tarixi torpaqlarımıza, dilimizə, mədəni irsimizə, dövlət rəmzlərimizə məhəbbət aşılamaq idi. Azərbaycançılığı dövlət siyasətinin əsas ideya bazasına çevirən Ulu Öndər Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının Birinci Qurultayındakı çıxışında onun əsas mahiyyətini soydaşlarımızın diqqətinə çatdırıb:”Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı- Azərbaycanın dilini,mədəniyyətini,milli-mənəvi dəyərlərinin,adət-ənənələrini yaşatmalıyıq”. Azərbaycançılıq idealogiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə bu idealogiyanı zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Azərbaycan milli mədəniyyətinin və Azərbaycan milli ideyalogiyasının təbliği və tətbiqi sahəsində bu gün birinci vitse- prezident Mehriban xanım Əliyevanın çox böyük əməyi,zəhməti və xidmətləri vardır.Mehriban xanım Əliyeva azərbaycançılıq ideyalarının yayılması həyata keçirilməsi və təbliği ilə xalq arasında böyük nüfuz qazanaraq özünün parlaq şəxsiyyətində şərəfli bir azərbaycanlı qadın obrazı yaratmışdır. Rayon Ağsaqqallar şurasının sədri Rasim Hüseynov 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbədən,Gəlmə kənd dini icmanın nümayəndəsi Mirzə Abbasov Azərbaycan xalqının ölkə Prezidenti ətrafında dəmir yumruq kimi birləşməsindən , Salahlı kənd kitabxana filialının müdiri Lamiyə Bədəlzadə kitabxanalarda görülən işlərdən, keçirilən tədbirlərdən bəhs etdilər. Sonda qeyd olundu ki,belə tədbirlərin mütamadi keçirilməsi məqsədəuyğundur.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

image-299019615_1166443733918447_8990755582934055322_nimage-299337399_3265779613666353_7958111340434820993_nimage-299623774_650572985997181_11624776781656073_nimage-298195241_609688194084774_8878796988130604231_nimage-299449877_1205992750195334_3785428281164809997_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki