Azərbaycana qarşı aparılan düşmənçilik siyasəti
Azərbaycana qarşı 200 ildən çox davam edən bir müddətdə əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik və etnik dözümsüzlük siyasəti bu günə qədər davam edir. Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Ermənilər bu ərazilərdə məskunlaşdıqları ilk gündən xalqımıza qarşı düşmənçilik və etnik dözümsüzlük sərgiləməyə başlayıblar. Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Getdikcə öz mövqelərini möhkəmlədən bu gəlmələr bir müddət sonra Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Tarixlərlə baxtığımızda, ermənilər 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə həkk olunmuşdur. Elə o illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən-dənizə Ermənistan” adlı axmaq ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Qeyd etmək lazımdır ki, azərbaycanlılara qarşı törədilmiş soyqırıma dair ilk siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. Azərbaycan son 30 il ərzində bütün dünyada olan ermənipərəst qüvvələrin səyləri ilə beynəlxalq riyakarlığın ən bariz təzahürləri ilə üz-üzə qalmışdı. Nəticə etibarilə ölkəmizə torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa seçim verilmədi. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icra etdi. Həmçinin bu ilin 19-20 sentyabr antiteror əməliyyatı nəticəsində Ölkəmizin suverenliyi təmin edildi.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri
İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti
Ermənistanın Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətidir. Bu siyasət ermənilərin hələ XIX əsrin 20-ci illərində çar Rusiyasının qərarı ilə Qarabağa köçürüldükləri ilk günlərdən başlayaraq indiyədək davam etdirilir. Belə ki, ermənilər tarixi torpaqlarımızda məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Yeri gəlmişkən, ermənilərin bu aqressiv siyasəti təkcə azərbaycanlılara qarşı deyil, bütün yerli xalqlara qarşı münasibətdə özünü aşkar büruzə verir. Ermənistanın ifrat millətçilik və işğalçılıq siyasəti Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra daha da aqressivləşib.
Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Artıq SSRİ dönəmində, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. Nəhayətn sovet imperiyasının son dövrünə təsadüf edən 1988-ci ildə daha 250 min azərbaycanlı tarixən yaşadığı doğma yurd-yuvalarından qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri
Müharibəni təhrik edən beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti.
1980-cı ilin sonlarından başlayaraq açıq-aşkar xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisini işğal etməyə və Xalqımıza soyqırım törətməyə başladılar. İşğal dövründə dünya ictimaiyyətinin biganəliyi, beynəlxalq təşkilatların fəaliyyətlərinin səmərəsizliyi və dünya güclərinin yürütdükləri ikili standartlar siyasəti Ermənistanın daha da azğınlaşmasına və xalqımıza qarşı əsl qətliamlar həyata keçirməsinə yol açmışdır. “Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.
Bütün bu faciələrin fonunda isə, beynəlxalq təşkilatlar, o cümlədən BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin illər ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. İşğalın davam etdiyi 30 il ərzində bütün maraqlı qüvvələr bizi inandırmağa çalışırdılar ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. Bu da əlbəttə ki, onların yürütdükləri siyasətin bir qolu idi. Həmin dövrlərdə nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Bütün bu illər ərzində Azərbaycan Prezidenti deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Nəhayət, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev erməni təxribatlarının birdəfəlik qarşısının alınması və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə hərbi əməliyyatlara başlanması barədə əmr verdi. 44 gün davan edən bu yürüşün sonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, erməni faşizminin başını əzdi. Bu ilin sentyabr ayında 24 saatlıq lokal xarakterli antiteror əməliyyatları nəticəsində Qarabağda olan separatçılar təslim oldu.
.Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc
Qaçqın və məcburi köçkün həyatı
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Məcburi köçkün həyatının ilk illərində çox acınacaqlı günlər yaşamışıq. İnsanlar çadır şəhərciklərinə ağrılı günlər keçiriblər. Tədricən dövlətimizin diqqət qayğısı nəticəsində məcbur köçkün ailələri piləli şəkildə evlərlə təmin olunublar. Dövlətimiz daim məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması üçün, bir çox uğurlu işlər görüb. Nə qədər həyat şəraiti yaxşı olsa da məcburi köçkünlər daim öz torpaqlarının həsrətini çəkirdilər.
Nəhayət ki, 27 sentyabr 2020- ci il tarixdə cəbhə bölgəsində düşmənin törətdiyi hücüm əməliyyatına cavab olaraq, ordumuz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Artıq Zəfərmizin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə keçmiş məcburi köçkünlər öz doğma dədə-baba yurudlarına qayıdırlar.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
“Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Şanlı Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz. 44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin və həyəcanlı keçdi.
44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı və sonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Ermənistan isə kapitulyasiyaya məcbur edildi. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq.
Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru