image-qanunla-reklam
image-baku_00

Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır

image-lady-day-az

Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır.

9 dekabr 2023 – cü il tarixində  Şərqi Avropa regional qrupu tərəfindən Azərbaycan 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi qərar verilib. Amma rəsmi qərar  dekabrın 12-də plenar iclasda verilib.

Azərbaycanda keçiriləcək COP29 beynəlxalq konfransı bütün dünya ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünya miqyasında çox güclü mövqelərə sahib olub. Azərbaycanın  beynəlxalq aləmdə olan hörməti günbəgün daha da artır.

COP29- beynəlxalq konfrans sayəsində  minlərlə xarici nümayəndə ölkə­mizə gələcək, iki həftə ərzində Bakı dünyanın diqqət mərkəzində olacaq. Azərbayca­n dünyada neft-qaz ölkə­si kimi tanınır. Bu konfransdan sonra Azərbaycan dünyada “yaşıl enerji” növlərini yaratmasının və bu enerjinin dünya bazarlarına nəql et­məsi ilə də tanınacaq.  Bu keçiriləcək tədbir sayəsində Azərbaycanda müasir infrastrukturun mövcudluğu və təhlükəsizliyin ən yüksək səviy­yədə təşkilini bir daha sübut edəcək.

İşğal dövründə ermənilərin törətdikləri vəhşiliklər sayəsində  xarabalığa çe­virilən  Qarabağ və Şərqi Zəngəzurun iqtisadi rayonları cənab prezidentimiz tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Görülən işlər sayəsində işğaldan azad olunan şəhər və kəndlərdə “Ağıllı” şəhərlər və  “Ağıllı” kəndlər adlandırılan meşələri bərpa edib 2050-ci ilə­dək həmin əraziləri “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.

COP29 beynəlxalq konfransı sayəsində  respublikamızda iqlim dəyişikliyi ilə bağ­lı mühüm layihələr reallaşdırılması da  bu baxımdan mühüm rol oynayır.

 

Soltanova Zahidə

Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki